H
Holcim
Hazır Beton Məhsulları üzrə Satış Mütəxəssisi - Qarabağ Regionu
Müsahibə əsasında
Vakansiya haqqında
İş vaxtı: Tam iş vaxtı
İş təsviri
- Biznes imkanlarını fəal şəkildə araşdırır və Fərdi Fəaliyyət Göstəricilərinin (FFG) yerinə yetirilməsinə dəstək olur
- Kommersiya Siyasəti çərçivəsində kommersiya təklifləri işləyib hazırlayır
- Səfər planına uyğun olaraq müştərilər, araşdırıcılar və təsiredici qüvvələrlə mütəmadi təkbətək görüşlər keçirir və ya telefonla əlaqə saxlayır
- Portfelində olan müqavilələrdə həcm, daşınma, qiymət və ödəniş şərtlərinə cavabdehdir
- Mövcud nəticələrə aid müştərilərlə biznes görüşlər təşkil edir, müvafiq əlavələrin və üzləşdirmə aktları, yol vərəqələri və s kimi sənədlərin imzalanmasını təmin edir
- Cavabdeh olduğu ərazinin bütün bizness parametrlərinə məsuliyyət daşıyır (bazar payı, həcmi, qiymətlər və qalıq borclar və aktiv sənaye istehlakçıları, iş yerləri və layihələr, mövcud borcların toplanması)
- Şirkətin istehsal və təchizat fəaliyyətini optimallaşdırmaq məqsədilə satışın həcmi, planlaşdırılmasını təhlil edir və proqnozlaşdırır
- FFG yerinə yetirilməsinə dəstək olan region və starteji Müştərilər üçün fəaliyyət planı hazırlayır;
- Kommersiya fəaliyyətinə aid qiymət, bazar araşdırmaları, səfərlər, nağd pulun toplanmasının proqnozlaşdırılması və s kimi kesabatlar hazırlayır və paylaşır
- Rəqiblər haqqında hesabatlar hazırlayır və sonda şirkətin startegiyasına uyğunluğa nəzarət edir
- Şirkətin imicini bazarda daha da artırmaq məqsədilə istehlakçılarla münasibətlərin daha yaxşı olmasına nəzarət edir
- İstehlakçılara texniki dəstək göstərir
- Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə edir
- İşlədiyi ərazidə Holcimin marketinq kompaniyalarında iştirak edir.
- Kommersiya fəaliyyəti ilə əlaqəli xərclərin (səyahət xərcləri, yanacaq sərfi, reklam materialları, marketinq fəaliyyətləri və s.) dəqiq idarə edilməsinə məsuldur.
- Dürüst fəaliyyət göstərir və şirkətin Davranış Kodeksinə hörmətlə yanaşır.
- Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək
Təminat:
- Avtomobil
- Benzin Kartı
- Bonus proqramına uyğunluq
- Sığorta paketi + ailə üzvləri
- Əlavə yemək müavinətləri
- Səyahət Xərclərinin əhatəsi
Tələb olunan keyfiyyətlər:
Təhsil və İş təcrübəsi:
- İnşaat, tikinti materialları və ya iqtisadiyyat sahəsində ali təhsil
- Müvafiq sahədə iş təcrübəsi. Satış və ya Hazır Beton Məhsulları və hazır məhsullara texniki dəstək
- Xarici dil – İngilis və Rus
- Güclü kompüter bacarığı-Office Proqramlarının etibarlı istifadəçisi (Google Drive, Word, Excel, PowerPoint)
- B kateqoriyalı sürücülük vəsiqəsi
Maraqlananlar CV–lərini, mövzu hissəsində mütləq Hazır Beton Məhsulları üzrə Satış Mütəxəssisi - Qarabağ Regionu yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.
Oxşar vakansiyalar
P
Bugün
Müştəri dəstəyi və Təhlükəsizlik mütəxəssisi
PEAKPİN MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
X
Bugün
Kiçik satış mütəxəssisi (Laboratoriya sahəsində təcrübəli)
Xəzər Ekoloji Laboratoriyası MMC (XEL) • Bakı
Tam Ştat
800 ₼Müraciət et
F
Bugün
Satış Təmsilçisi
FAB Group • Bakı
Tam Ştat
400 ₼Müraciət et
I
Bugün
Facility Operations Manager
IRES • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Satış meneceri
Grand Lenz Az • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
B
Bugün
Satıcı - konsultant
Bakı Kitab Mərkəzi • Bakı
Tam Ştat
500 ₼Müraciət et