B
Baku Steel Company CJSC
Hazır Məhsul Anbarının rəisi
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Hazır məhsulların anbara qəbulu, düzgün yerləşdirilməsi, saxlanması, uçotu və göndərilməsi proseslərini idarə etmək;
- Müxtəlif ölçü, polad markası, standart və məhsul kodlarına uyğun boruların düzgün identifikasiyasını, çeşidlənməsini və ayrı saxlanmasını təmin etmək;
- Məhsulların Accepted, Hold, Rejected, Rework, Released və digər keyfiyyət statuslarına uyğun idarə olunmasına nəzarət etmək;
- Heat number, batch/lot number, pipe number, material grade və digər izlənəbilənlik məlumatlarının düzgün idarə edilməsini təmin etmək;
- Məhsulların MTC, inspection report, packing/loading list və digər müvafiq sənədlərlə uyğunluğuna nəzarət etmək;
- Boruların təhlükəsiz saxlanmasını, daşınmasını və yüklənməsini təşkil etmək;
- Müştəri sifarişlərinə uyğun məhsulların düzgün seçilməsi və yüklənməsini təmin etmək;
- Faktiki anbar qalığı ilə sistem məlumatlarının uyğunluğuna nəzarət etmək və inventarizasiya proseslərini təşkil etmək;
- Anbar əməkdaşlarının iş bölgüsünü və növbəli iş rejimini planlaşdırmaq.
Tələblər
- Polad boru istehsalı, metallurgiya və ya oxşar istehsalat sahəsində 3–5 il iş təcrübəsi üstünlükdür;
- Hazır məhsul və ya metal məhsullar anbarının idarə edilməsində rəhbər vəzifə təcrübəsi;
- SAP MM/WM/EWM modulları ilə iş təcrübəsi üstünlükdür;
- API 5L, API 5CT, EN, GOST/ISO və digər müvafiq standartlar barədə bilik;
- Boruların texniki parametrlərini – diametr, divar qalınlığı, uzunluq, polad markası, möhkəmlik sinfi və s. – başa düşmək;
- MS Excel-də Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər məlumat analizi funksiyaları ilə işləmək;
- İşçi heyətinin idarə edilməsi və iş bölgüsünün planlaşdırılması üzrə təcrübə;
- Kran və digər yükqaldırıcı vasitələrlə əməliyyatların təşkili və təhlükəsizlik tələbləri üzrə bilik;
- Azərbaycan dili – əla; rus və ingilis dilləri – yaxşı səviyyədə;
- Texniki sənədləri və standartları ingilis və/və ya rus dilində oxuma bacarığı üstünlükdür.
- SAP ERP sistemində anbar və material uçotu əməliyyatları üzrə praktiki iş təcrübəsi;
- Material Master, Material Number, Batch, Storage Location və Plant anlayışları üzrə bilik;
- Goods Receipt (GR), Goods Issue (GI), stock transfer və transfer posting əməliyyatlarını bilmək;
- Məhsulların SAP-də qəbul, yerdəyişmə, bloklama və buraxılma proseslərini idarə etmək;
- Quality Inspection, Unrestricted və Blocked stock statusları ilə işləmək;
- Faktiki anbar qalığı ilə SAP qalığı arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq;
- SAP stok hesabatlarından istifadə etmək və anbar üzrə gündəlik, həftəlik və aylıq məlumatları hazırlamaq.
İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
D
Bugün
Satınalma və Təchizat üzrə Mütəxəssis
Detal Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Kommersiya və satınalma üzrə direktor köməkçisi
Karaca • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
Начальник ночной транспортной смены (логист-контролёр)
VPT-AZƏRBAYCAN • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
V
Bugün
Logistika üzrə mütəxəssis
Vahus Logistics • Bakı
Tam Ştat
600 ₼Müraciət et
E
26 Sentyabr 2026
Sürücü
Elektra AZ • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
26 Sentyabr 2026
Store Keeper / BMS Operator
Fairmont Baku • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et