D

Detal Construction

Son tarix: 28 Oktyabr 2026

Satınalma və Təchizat üzrə Mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat28 Sentyabr 202664

Müsahibə əsasında

Vakansiya haqqında

Komandamız genişlənir! Müxtəlif korporativ müştərilərin inşaat, texniki və təsərrüfat malları üzrə təchizatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq.

Vacib qeyd: İş modelimiz çoxsaylı korporativ müştərilərin müxtəlif məhsul tələblərinin eyni vaxtda idarə olunmasını nəzərdə tutur. Bu səbəbdən namizədin B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsinin olması əsas tələbdir.

Tələblər

  • Minimum 1 il B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsi;
  • Eyni vaxtda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmə təcrübəsi;
  • Təchizatçıların axtarılması, qiymətlərin toplanması və müqayisəsi;
  • Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq bacarığı;
  • Sifarişlərin təqibi və vaxtında çatdırılmasına nəzarət;
  • MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək;
  • Azərbaycan dilində səlis danışıq və yazı;
  • Rus və ya İngilis dili biliyi üstünlükdür;
  • Operativ, diqqətli və məsuliyyətli olmaq.

Üstünlük veriləcək

  • İnşaat materialları və texniki avadanlıqlar üzrə təchizat təcrübəsi;
  • Geniş yerli təchizatçı bazası;
  • İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri barədə bazar məlumatı;
  • Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi.

Vəzifə öhdəlikləri

  • Korporativ müştərilərdən daxil olan məhsul tələblərinin araşdırılması;
  • Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların tapılması;
  • Hər məhsul üzrə minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisəsi;
  • Qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Sifarişlərin yerləşdirilməsi və icrasının izlənilməsi;
  • Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə nəzarət;
  • Alternativ məhsul və təchizatçıların araşdırılması;
  • Anbar və digər şöbələrlə koordinasiya;
  • Satınalma ilə bağlı hesabat və sənədləşmənin aparılması.

İş şəraiti

  • Məkan: Bakı, Əhməd Rəcəbli
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00
  • Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı razılaşdırılır
  • İş üçün korporativ nömrə təqdim olunur

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected]

Oxşar vakansiyalar