A

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Son tarix: 16 İyul 2026

Hazır Məhsul Əməliyyatları üzrə Menecer (Xarici Bazar)

İnzibati İşlərBakıTam Ştat16 İyun 202686

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə olan tələblər: 

  • Ali təhsil (Biznes, iqtisadiyyat, logistika, aqrar sahə və ya əlaqəli istiqamət üzrə);
  • Satış, təchizat, logistika və ya kommersiya sahəsində iş təcrübəsi;
  • Ezamiyyətlərə hazırlıqlı olmalı;
  • Analitik düşünmə və satış hesabatlarının hazırlanması bacarığı;
  • Danışıqlar aparmaq və müştəri bazası ilə işləmək bacarığı;
  • Azərbaycan dili sərbəst, rus dili üstünlükdür;
  • Microsoft Excel proqramında işləmək bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Layihənin hazır məhsulllarının ixrac əməliyyatlarını təşkil etmək və idarə etmək;
  • Xarici bazarlar üzrə müştərilərlə danışıqlar aparmaq, sifarişlərin icrasını təmin etmək və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
  • Məhsulların satınalma və təchizat proseslərini təşkil etmək, təchizatçılarla əməkdaşlıq etmək və müqavilələrin icrasına nəzarət etmək;
  • Yeni təchizatçıların və məhsul mənbələrinin araşdırılması və qiymətləndirilməsini həyata keçirmək;
  • Məhsulların texniki və keyfiyyət göstəricilərinin hədəf bazarların tələblərinə uyğunluğunu təmin etmək;
  • Sezonallıq, məhsul yığımı və təchizat planlarının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
  • Təchizatçılarla qiymət danışıqları aparmaq və satınalma şərtlərinin optimallaşdırılmasını təmin etmək;
  • Logistika marşrutlarını müəyyən etmək, daşıma proseslərini koordinasiya etmək və logistika xərclərinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;
  • İxrac üçün tələb olunan sertifikatların, mənşə sənədlərinin və digər icazələrin hazırlanması və əldə olunması prosesini izləmək;
  • Gömrük və sərhəd-keçid prosedurlarının vaxtında və düzgün icrasını təmin etmək;
  • Məhsullar üzrə satış qiymətlərini formalaşdırmaq və bazar qiymətləri üzrə mütəmadi təhlillər aparmaq;
  • Satınalma, logistika və digər əməliyyat xərclərini təhlil etmək;
  • Marja hesablamalarını həyata keçirmək və məhsullar üzrə rentabellik göstəricilərini müəyyən etmək;
  • İxrac və satınalma əməliyyatları üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Hədəf bazarlarda bazar araşdırmaları aparmaq, yeni satış imkanlarını müəyyən etmək və rəhbərliyə təkliflər təqdim etmək;
  • Logistika gecikmələri, məhsul itkisi, qiymət dəyişiklikləri, sertifikat və sənədləşmə problemləri kimi riskləri müəyyən etmək və qarşısının alınması üçün tədbirlər görmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlər aşağıdaki link vasitəsilə https://careers.ram.az/?vacancy=2460&source=UC_HBS8ZI

Və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Hazır Məhsul Əməliyyatları üzrə Menecer (Xarici Bazar)” yazaraq CV-lərini göndərə bilər.

Oxşar vakansiyalar