R
Rabalon
HelpDesk / IT Texniki Dəstək Mütəxəssisi
800 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- İstifadəçilərdən daxil olan texniki müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması və operativ şəkildə həll edilməsi
- Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyin göstərilməsi
- Windows Server mühitində əsas inzibatçılıq işləri üzrə ilkin biliklərə malik olmaq və Sistem Administratorunun nəzarəti altında icra etmək
- Active Directory üzərindən istifadəçi hesablarının yaradılması, parolların sıfırlanması, istifadəçi hüquqlarının idarə olunması və kompüterlərin domenə qoşulması
- Microsoft Office paketinin (Word, Excel, Outlook, PowerPoint və s.) quraşdırılması və dəstəklənməsi
- Outlook, Exchange və ya Microsoft 365 poçt hesablarının sazlanması və istifadəçilərə texniki dəstək göstərilməsi
- Kompüter, noutbuk, printer, skaner və digər periferiya avadanlıqlarının quraşdırılması, sazlanması və nasazlıqlarının aradan qaldırılması
- Printerlərin şəbəkəyə qoşulması, paylaşılması və istifadəçi kompüterlərində sazlanması
- TCP/IP, LAN, Wi-Fi və lokal şəbəkə bağlantıları ilə bağlı ilkin problemlərin diaqnostikası və aradan qaldırılması
- Antivirus proqramlarının quraşdırılması, yenilənməsi və nəzarətdə saxlanılması
- AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan idarəetmə vasitələri ilə istifadəçilərə texniki dəstək göstərilməsi
- Yeni işçilər üçün kompüterlərin hazırlanması, proqram təminatının quraşdırılması və iş mühitinin konfiqurasiyası
- İT avadanlıqlarının inventar uçotunun aparılması və texniki sənədləşdirilməsində iştirak etmək
- Sistem Administratoru tərəfindən verilən tapşırıqların icrasında iştirak etmək və eskalasiya olunan problemlərin həllinə dəstək göstərmək
- İstifadəçi məmnuniyyətini təmin etmək məqsədilə müraciətlərin vaxtında və keyfiyyətli şəkildə icra olunmasını təmin etmək
Tələblər
- Windows Server (Active Directory, DNS, DHCP və Group Policy) üzrə ilkin biliklər
- VMware ESXi, VMware vCenter və ya Hyper-V virtualizasiya platformaları haqqında ilkin biliklər
- IIS, Apache və Nginx veb serverləri haqqında ümumi anlayış
- MSSQL Server və ya MySQL verilənlər bazaları üzrə ilkin biliklər
- Veeam Backup & Replication və digər Backup həlləri haqqında ümumi biliklər
- Microsoft 365, Exchange Online və Microsoft Entra ID (Azure AD) ilə işləmək təcrübəsi
- Cloud platformaları (AWS, Microsoft Azure, Google Cloud və s.) haqqında ilkin biliklər
- TCP/IP, DNS, VPN, SSL və digər şəbəkə protokolları üzrə biliklər
- Ticketing sistemləri (Servicedesk Plus, JIRA və s.) ilə işləmək təcrübəsi
- PowerShell və ya Batch skriptləri üzrə ilkin biliklər
- 3CX IP PBX telefon sistemi haqqında ilkin biliklər
- İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı, həmçinin rahat danışıq qabiliyyəti
İş şərtləri:
- İş qrafiki: 5 günlük, 09:00 - 18:00
- Nahar fasiləsi: 13:00 - 14:00
- İstirahət günləri: Şənbə və bazar
Üstünlüklər
- İT sahəsində peşəkar komandada real layihələr üzərində təcrübə qazanmaq imkanı
- Şirkət tərəfindən təmin olunan nahar;
- Korporativ nömrə və danışıq limiti.
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Helpdesk/IT Texniki Dəstək Mütəxəssisi yazaraq Müraciət et düyməsində qeyd olunanformu dolduraraq göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
C
Bugün
Frontend Developer
Codexpi MMC • Bakı
Remote
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Proqram təminatı üzrə mühəndis (.NET Developer)
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
HelpDesk mütəxəssisi
Soluna MMc • Bakı
Remote
800 ₼Müraciət et
A
Bugün
Kibertəhlükəsizlik inzibatçısı
Araz Supermarket • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Bazar Araşdırmaları, Müştəri Analitikası / CRM Meneceri
Superfon • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Dünən
Proqramçı Böyük Mütəxəssis
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et