Around Group
HORECA Satış Nümayəndəsi
840 ₼
Vakansiya haqqında
Around Group 25 ildən artıqdır ki, ticarət marketinqi, satış komandalarının idarə olunması, satış kanallarının inkişafı, tədbirlərin təşkili, rəqəmsal həllər və insan resursları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək müxtəlif sahələr üzrə uğurlu layihələr həyata keçirir. Xidmət portfelimizə BTL və promo layihələri, tədbirlərin təşkili, kadr seçimi və təlimi, eləcə də veb həllər, SMM, media təşviqatı və digər rəqəmsal xidmətlər daxildir.
Hazırda komandamızı genişləndirmək məqsədilə Horeca Satış Nümayəndəsi vakansiyası üzrə yeni əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- HORECA məkanlarında (restoran, kafe, bar və tədbirlərdə) premium tütün qızdırıcı cihazının təqdimatı və satışını həyata keçirmək;
- Müştərilərə məhsulun xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat vermək;
- Yüksək xidmət standartlarına uyğun peşəkar müştəri təcrübəsi yaratmaq;
- Satış planlarının icrasında aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə nail olmaq;
Namizədə tələblər:
- Orta və ya natamam ali təhsil;
- Satış və ya promo sahəsində minimum 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
- Yaş: 21–35;
- Cins: Xanım namizədlər.
İş şəraiti və təkliflərimiz:
- Əmək haqqı: 840 AZN NET + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: Həftədə 5 iş günü, 18:00 – 01:00;
- İstirahət günləri: Bazar ertəsi və Çərşənbə axşamı;
- Şirkət tərəfindən nəqliyyat və iş forması ilə təminat;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Müraciət etmək istəyən namizədlər CV formalarını [email protected] mail ünvanına yönləndirə və ya +994 10 239 34 31 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Oxşar vakansiyalar
Daşınmaz əmlak mütəxəssisi
Oba Market MMC • Bakı
Apteklər üzrə nümayəndə
Vision Biotechnology • Bakı
Kontent Menecer
Contiva Agency • Bakı
Senior Sales - AI Solutions & Consulting
SoftGile • Bakı
Facility Manager
OBA marketlər şəbəkəsi • Bakı
Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis
PASHA Bank • Bakı