C

Contiva Agency

Son tarix: 19 Avqust 2026

Kontent Menecer

Marketinq və SatışBakıTam Ştat10 İyul 202641

Vakansiya haqqında

Middle Content Creator
Contiva Agency olaraq brendlərin böyüməsinə töhfə verən, strategiyadan kontent icrasına qədər bütün prosesi peşəkarlıqla idarə edən Content Creator axtarırıq!
 

Əsas Öhdəliklər:

  • Müştərilər üçün bazar araşdırmasının aparılması (rəqib analizi, hədəf auditoriya, sektor xüsusiyyətləri).
  • Araşdırma nəticələrinə əsasən müştəriyə uyğun kontent strategiyası və branding planının hazırlanması.
  • Qurulan strategiya üzrə aylıq post və reels ideyalarının işlənib hazırlanması.
  • Kontentlərin yaradılması prosesində komanda ilə (dizayner, montajçı, çəkiliş komandası) sıx əməkdaşlıq və birbaşa iştirak.
  • Kopiraytinq: postlar, story-lər və kampaniyalar üçün effektiv və brend tonuna uyğun mətnlərin yazılması.
  • Hər müştəri üzrə aylıq görülən işlərin hesabatının hazırlanması və təqdim olunması (hesabatlılıq).
  • Sosial mediadakı  qlobal və lokal trendlərin, trend audio və formatların daim izlənilməsi və müştəri kontentlərinə adaptasiya edilməsi.
  • Çəkiliş günlərində fiziki iştirak.

Namizədə Dair Tələblər:

  • Marketinq agentliyində və ya bənzər mövqedə minimum 1-2 il iş təcrübəsi.
  • Strategiya, branding, content creation və copywriting sahələrində güclü bilik və praktiki bacarıq.
  • Portfolio təqdim etmək mütləqdir (hazırladığı strategiya, kontent planı və ya idarə etdiyi səhifələrdən nümunələr).
  • Azərbaycan dilində əla yazı və nitq qabiliyyəti; ingilis və/və ya rus dili biliyi üstünlükdür (trendləri izləmək üçün vacibdir).
  • Yaradıcı düşüncə, punktuallıq və güclü time-management bacarığı.
  • Komanda ilə işləmə bacarığı və yüksək kommunikasiya səviyyəsi.

İş rejimi - hibriddir.

Müraciət:

Namizədlərdən CV və portfoliolarını (idarə etdikləri səhifələr, hazırladıqları strategiya/kontent nümunələri) [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Mövzu hissəsində "Content Creator – Contiva" yazılması xahiş olunur. Portfolio olmayan müraciətlərə baxılmayacaq.

Oxşar vakansiyalar