M

Merkuri BOKT

Son tarix: 29 Oktyabr 2026

HR menecer

İnsan ResurslarıBakıTam Ştat29 Sentyabr 202683

1000 ₼

Vakansiya haqqında

Tələblər:

  1. İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;
  2. İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi;
  3. Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı;
  4. Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər;
  5. İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə;
  6. Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları;
  7. Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti;
  8. Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası;
  9. Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi;

Vəzifə öhdəlikləri:

  1. Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
  2. HR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi;
  3. Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət;
  4. İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
  5. İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması;
  6. Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması;
  7. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət;
  8. Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi;
  9. Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması;
  10. Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili;
  11. Karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması;
  12. Korporativ mədəniyyətin inkişaf etdirilməsi və motivasiya proqramlarının həyata keçirilməsi;
  13. Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
  14. Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  15. HR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi;
  16. HR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi;
  17. HR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Oxşar vakansiyalar