M
Merkuri BOKT
İnsan Resursları üzrə menecer
Müsahibə əsasında
Vakansiya haqqında
“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “İnsan Resursları üzrə menecer” vakansiyası üçün müsabiqəyə dəvət edir.
Vəzifə öhdəlikləri
- Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
- HR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi;
- Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət;
- İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
- İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması;
- Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət;
- Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi;
- Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması;
- Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili;
- Karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması;
- Korporativ mədəniyyətin inkişaf etdirilməsi və motivasiya proqramlarının həyata keçirilməsi;
- Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
- Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
- HR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi;
- HR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi;
- HR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər
- İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;
- İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı;
- Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər;
- İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə;
- Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları;
- Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti;
- Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası;
- Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi;
Hazır cv formalarınızı Mövzu/Subject bölməsinə “HR menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiyalar
P
Bugün
İnsan Resursları Əməliyyatları üzrə Rəhbər
PMD Projects LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
X
Bugün
Əməliyyatlar üzrə kiçik mütəxəssis
Xalq Sığorta • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
HR menecer
Merkuri BOKT • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
P
26 Sentyabr 2026
HR / Recruiter
Portal Games • Bakı
Tam Ştat
400 ₼Müraciət et
A
25 Sentyabr 2026
İR əməliyyatları və Əməkhaqqı üzrə mütəxəssis
ASEL Kredit • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
25 Sentyabr 2026
HR / İnsan resursları Mütəxəssisi (Part-time)
Portal Games • Bakı
Yarım Ştat
400 ₼Müraciət et