Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu
HR üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
- İnsan resurslarının idarə edilməsi strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- İşə qəbul və istedadların cəlb edilməsi proseslərini müasir metodlarla təşkil etmək;
- Əməkdaşların adaptasiyası (Onboarding), inkişafı və karyera planlaşdırılması proseslərini idarə etmək;
- Əməyin qiymətləndirilməsi və performansın idarə edilməsi prosesinin təşkili;
- Əməkdaş məmnuniyyəti, motivasiyası və təşkilata bağlılığının artırılması istiqamətində təşəbbüslər irəli sürmək;
- Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, fərdi və korporativ inkişaf proqramları hazırlamaq;
- HR proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslər həyata keçirmək;
- Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr inzibatçılığını və sənədləşməni təmin etmək;
- Müasir HR trendlərini, süni intellekt və rəqəmsal alətlərin imkanlarını iş proseslərinə inteqrasiya etmək;
- Sağlam, inklüziv, əməkdaşyönümlü və yüksək performanslı iş mühitinin formalaşdırılmasına töhfə vermək.
Namizədə dair tələblər
- İnsan resurslarının idarə edilməsi, menecment və ya müvafiq sahə üzrə ali təhsil;
- HR sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktları bilmək;
- Müasir HR metodologiyaları və insan kapitalının idarə edilməsi prinsipləri haqqında biliklər;
- MS Office proqramları, xüsusilə Excel üzrə istifadə bacarığı;
- Rəqəmsal HR platformaları ilə işləmək bacarığı üstünlükdür;
- Süni intellekt alətlərindən və rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarığı üstünlükdür;
- Güclü kommunikasiya, analitik düşünmə və problem həll etmə bacarıqları;
- Komanda ilə işləmək, təşəbbüskarlıq və dəyişikliklərin idarə edilməsi bacarığı;
- Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı olan namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
- AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul
CV-lər [email protected] və [email protected] email ünvanlarına təqdim olunsun.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
İstedadların cəlbi və yerləşdirilməsi üzrə kiçik mütəxəssis
Kontakt Home
BakıTam Ştat
Müsahibə əsasındaDünən

İnsan resursları üzrə mütəxəssis
Himalay Group
BakıTam Ştat
Müsahibə əsasında25 Noyabr 2026

İşə qəbul üzrə mütəxəssis
Agro Dairy
BakıTam Ştat
Müsahibə əsasında25 Noyabr 2026

Human Resources Clerk
U.S. Embassy
BakıTəcrübə
Müsahibə əsasında25 Noyabr 2026
İnsan Resursları üzrə Köməkçi
PMD Projects LLC
BakıTam Ştat
Müsahibə əsasında24 Noyabr 2026
HR Təcrübə Proqramı
Port Education Center
BakıTəcrübə
Müsahibə əsasında23 Noyabr 2026
