Himalay Group

Himalay Group

Son tarix: 25 Dekabr 2026

İnsan resursları üzrə mütəxəssis

İnsan ResurslarıBakıTam Ştat25 Noyabr 2026301

Müsahibə əsasında

Vakansiya haqqında

İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi olan mütəxəssis axtarır. Bu vəzifədə işə qəbul prosesini koordinasiya edəcək, kadr sənədləşməsini aparacaq və əməkdaşların gündəlik HR müraciətlərini cavablandıracaqsınız.

Vəzifə öhdəlikləri

  • Şöbələrin işə qəbul ehtiyaclarını müəyyənləşdirmək, vakansiya elanlarını hazırlamaq və paylaşmaq
  • Daxil olan CV-ləri dəyərləndirmək, namizədlərlə ilkin müsahibələr aparmaq və növbəti görüşləri təşkil etmək
  • Yeni əməkdaşların işə qəbul sənədlərini hazırlamaq və onların işə uyğunlaşmasına dəstək göstərmək
  • Əmək müqavilələri, məzuniyyətlər, vəzifə dəyişiklikləri və əmək münasibətlərinə xitamla bağlı sənədləşməni aparmaq
  • Əməkdaşların şəxsi işlərini və kadr məlumatlarını aktual saxlamaq
  • Davamiyyət və məzuniyyət uçotunu aparmaq, müvafiq hesabatları hazırlamaq
  • Əməkdaşların iş qrafiki, məzuniyyət və daxili prosedurlarla bağlı suallarını cavablandırmaq

Namizədə tələblər

  • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi
  • İşə qəbul və kadr sənədləşməsi üzrə praktiki təcrübə
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər
  • MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı
  • Aydın ünsiyyət, təşkilatçılıq və eyni vaxtda bir neçə işi idarə etmək bacarığı
  • Detallara diqqət və əməkdaş məlumatlarının məxfiliyinə riayət etmək

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edin.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar