Z

Zarat Import Export

Son tarix: 1 Noyabr 2026

Hüquqşünas

HüquqBakıTam Ştat1 Oktyabr 202648

Müsahibə əsasında

Vakansiya haqqında

Komandamıza hüquqi bilikləri güclü, analitik düşüncəli və peşəkar Hüquqşünas axtarırıq.

Vəzifə öhdəlikləri

  • Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi;
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
  • Əmək, mülki, kommersiya və digər hüquqi məsələlər üzrə hüquqi dəstəyin göstərilməsi;
  • Şirkətin hüquq və qanuni maraqlarının qorunması;
  • Rəsmi məktubların, ərizələrin, sorğuların və digər hüquqi sənədlərin hazırlanması;
  • Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması;
  • Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının təmsil olunması;
  • Gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı hüquqi məsələlərin araşdırılması;
  • Hüquqi risklərin müəyyənləşdirilməsi və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.

Tələblər

  • Hüquq üzrə ali təhsil;
  • Hüquqşünas vəzifəsində ən az 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilmək;
  • Müqavilə hüququ və əmək qanunvericiliyi üzrə biliklər;
  • Hüquqi sənədlərin hazırlanması və təhlili bacarığı;
  • Analitik düşüncə və yüksək məsuliyyətlilik;
  • Azərbaycan dili səlis ,rus və ingilis dil biliyi üstünlükdür.
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Prokurorluq orqanlarında işləmiş və təqaüdə çıxmış namizədlərə üstünlük veriləcəkdir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri 
  • İş qrafiki: 6 günlük 
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar