Vakansiya haqqında
Struktur bölmənin adı: Maliyyə bazarlarının hüquqi təminatı departamenti, Sektorlararası hüquqi təminat şöbəsi
Vəzifənin funksiyaları:
- Departamentin digər şöbələrinin fəaliyyətinə aid olan ümumi istiqamətlər (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, bazar davranışları, maliyyə sabitliyi, maliyyə sektorunun dayanıqlı inkişafı) üzrə Mərkəzi Bankın normayaratma fəaliyyətində iştirak edilməsi, normativ-metodoloji sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Departamentin digər şöbələrinin fəaliyyətinə bilavasitə aid olmayan, lakin maliyyə bazarları ilə əlaqəlisahələr üzrə Mərkəzi Bankın normayaratma fəaliyyətində iştirak edilməsi, normativ-metodoloji sənədlərin hüquqi ekspertizasını həyata keçirilməsi;
- Aidiyyəti sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mövcud qanunvericilikdə yaranmış hüquqi kolliziyaların, boşluqların müəyyən edilməsi, müstəqil və ya əlaqədar struktur bölmələrlə əlaqəli şəkildə müvafiq təkliflər və müvafiq hüquqi akt layihələrinin hazırlanması;
- Aidiyyəti sahələr üzrə Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrinə dair rəy və təkliflərin hazırlanması;
- Aidiyyəti sahələr üzrə nəzarət subyektlərində qanunvericiliyə uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinin həyata keçirilməsi proseslərinə lazımi hüquqi dəstəyin verilməsi.
Texniki bacarıqlar
- Təqdimat və yazı bacarığı – yüksək səviyyədə
- Müzakirə aparmaq bacarığı – yüksək səviyyədə
- Maliyyə sektoru üzrə qanunvericilik – yüksək səviyyədə
- Hüquqi araşdırma bacarığı – yüksək səviyyədə
- Hüquqi əsaslandırma bacarığı – yüksək səviyyədə
Tələblər:
- Təcrübə: Maliyyə sektorunda və ya iqtisadi sektorda hüquqşünaslıq ixtisası üzrə minimum 5 il, həmçinin idarəetmə sahəsində (rəhbərlik təcrübəsi) minimum 1 il
- Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları;
- Sertifikatlar: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, bazar davranışları, maliyyə sabitliyi, maliyyə sektorunun dayanıqlı inkişafı sahələrində sertifikatlar arzuolunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
F
Bugün
Hüquqşünas
FinexKredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Hüquqşünas
Tam Store • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Senior Project Contract Specialist
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Müqavilə operatoru (Ağstafa)
Kontakt Home • Ağstafa
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Head of Legal Department and Compliance Agenda
Carlsberg Azerbaijan • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
C
25 Sentyabr 2026
İcra orqanları ilə iş şöbəsinin mütəxəssisi
Caspian Finance BOKT • Bakı
Tam Ştat
1800 ₼Müraciət et