A

Azman Holding

Son tarix: 14 Noyabr 2026

Hüquqşünas

HüquqBakıTam Ştat14 Oktyabr 202678

1500 ₼

Vakansiya haqqında

Yeni tikinti layihəmizə “Hüquqşünas” dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti şirkətinin və ya departamentinin hüquqi təminatı prosesini həyata keçirir;
  • Baş podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrini hazırlayır, hüquqi ekspertizadan keçirir və razılaşdırır;
  • Tikinti layihələri üzrə texniki tapşırıqları, əlavə və dəyişiklikləri yoxlayır, hüquqi riskləri əvvəlcədən qiymətləndirib rəhbərliyə rəy təqdim edir;
  • Müqavilə şərtlərinin icrasına hüquqi nəzarət edir, pozuntuları aşkar edir və operativ tədbirlər görür;
  • Sifarişçilər, podratçılar və dövlət qurumları ilə yaranan mübahisələrdə, cərimə, gecikmə və ya fors-major hallarında hüquqi mövqe hazırlayır, danışıqlarda dəstək göstərir;
  • Tikinti fəaliyyəti üçün tələb olunan lisenziyaların, icazələrin və digər sənədlərin alınması prosesini hüquqi cəhətdən müşayiət edir;
  • Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması;
  • Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının qorunması;

İş barədə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi, 2 gün istirahət;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təqdim olunur;
  • Əmək haqqı: 1500-1800 AZN.
  • İş yeri: Səbail rayonu

Namizədə tələblər:

  • Hüquq üzrə ali təhsil.
  • Tikinti sektorunda və ya mülki hüquq sahəsində minimum 2-3 il iş təcrübəsi.
  • Şəhərsalma və tikinti qanunvericiliyi, mülki və əmək qanunvericiliyi, müqavilə hüququ üzrə biliklər.
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Məsuliyyətli, problem həlletmə və analitik düşünmə qabiliyyəti;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya (+99450) 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.

Oxşar vakansiyalar