Y

YIĞIM Payment Services

Son tarix: 12 Noyabr 2026

Hüquq üzrə aparıcı mütəxəssis

HüquqBakıTam Ştat12 Oktyabr 202625

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Şirkətin müqavilə və digər hüquqi sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması;
  • Müştərilər, tərəfdaşlar və podratçılarla bağlanan müqavilələrin risklərinin hüquqi  qiymətləndirilməsi;
  • FinTech fəaliyyətinə aid lisenziyalaşdırma, maliyyə monitorinqi, rəqəmsal ödənişlər və data qorunması ilə bağlı hüquqi məsələlərin həllində iştirak;
  • Şirkətin maraqlarını məhkəmə və digər dövlət orqanlarında təmsil etmək;
  • Hüquqi rəy və məsləhətlərin verilməsi;
  • Əmək münasibətlərinin hüquqi tənzimlənməsi (əmək müqavilələri, daxili intizam qaydaları və s.);
  • Şirkətin daxili qayda və prosedurlarının hazırlanmasında hüquqi dəstək göstərmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı AML/CFT (pul yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), data privacy və maliyyə qanunvericiliyi sahələrində uyğunluğun təmin olunmasında iştirak;
  • Şirkətin adından dövlət orqanları və digər təşkilatlarla yazışmalar aparmaq;
  • Şirkətin işçilərindən hüquqi məsələlərlə, rəhbərliyin qərarlarının icrası ilə bağlı zəruri məlumat və sənədləri tələb etmək;
  • Müqavilə və qərarların qanunvericiliyə zidd olması barədə rəhbərliyi məlumatlandırmaq və onların icrasını dayandırmağı təklif etmək;
  • Öz səlahiyyətləri çərçivəsində hüquqi rəy vermək və şirkətin maraqlarının qorunması ilə bağlı təşəbbüs göstərmək;
  • Hüquqi sənədləri düzgün hazırlamaq;
  • Kommersiya sirrinin və konfidensial məlumatları qorumaq.

Bilməlidir:

  • Mərkəzi Bankın ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlardan tələb etdiyi  qaydaları;
  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında AR qanununu.
  • Maliyyə xidmətləri sahəsində yerli və beynəlxalq qanun və  qaydaları

Vəzifə tələbləri:

  • Ali təhsil (hüquq sahəsində) 
  •  Aidiyyatı sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Fintech, maliyyə və ya bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar