Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Müqavilələrin, əlavə sazişlərin, məktubların, etibarnamələrin və digər hüquqi sənədlərin layihələrinin hazırlanması;
- Müqavilə sənəd dövriyyəsinin aparılması, sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və arxivləşdirilməsi;
- Dövlət qurumları, banklar, notariat orqanları və digər təşkilatlar üçün sənədlər paketinin hazırlanması;
- Müqavilələrin razılaşdırılması, imzalanması və icrasına dair müddətlərə nəzarət edilməsi, müvafiq reyestrlərin aparılması;
- Microsoft Office proqramları (Word, Excel, Outlook) və korporativ elektron sistemlərlə işləmək;
- Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi üçün zəruri sənədlərin toplanması, təhlili və sistemləşdirilməsi;
- Şirkətin struktur bölmələri və qarşı tərəflərlə hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üzrə əməkdaşlıq etmək;
- Hüquqşünas tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
- Ali hüquq təhsili və ya hüquq fakültəsinin son kurs tələbəsi;
- Azərbaycan və rus dillərini şifahi və yazılı şəkildə sərbəst bilmək (rus dili mütləqdir);
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı;
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üzrə bilik və bacarıqlar;
- Səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Diqqətli, məsuliyyətli, intizamlı və icraçı olmaq;
- Böyük həcmli sənədlərlə işləmək və eyni zamanda bir neçə tapşırığı idarə etmək bacarığı;
- Müəyyən edilmiş son tarixlərə riayət etmək bacarığı.
Təklif edirik:
- Əmək haqqı: *800 AZN (NET)*;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və hüquq sahəsində praktiki təcrübə qazanmaq imkanı;
- Stabil və inkişaf yönümlü iş mühiti.
Əmək haqqı: 800 AZN (NET)
Əlaqə nömrəsi: +994552036491
Email: [email protected]
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində *"Hüquqşünas köməkçisi"* qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
D
Bugün
Senior Compliance Specialist
Deloitte • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Korporativ Hüquqşünas
Azərbaycan Mikro Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Korporativ / Kommersiya hüquqşünası
Metal Trade MMC • Bakı
Remote
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Hüquqşünas
Az-Caspian Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
3 Sentyabr 2026
Hüquqi məsələlər üzrə təcrübəçi
Avromed Company MMC • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
C
3 Sentyabr 2026
Komplayens şöbəsinə mütəxəssis / baş mütəxəssis
Caspian Invest BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et