Vakansiya haqqında
İş barədə məlumat:
- Məhkəmə, dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək, onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Məhkəmə işləri ilə bağlı sənədləri (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq və həmin sənədlərin müvafiq elektron sistem üzərindən göndərilməsini təmin etmək, icrasına nəzarət etmək, yenilikləri izləmək və zərurət olduqda müvafiq əhkəmələrlə əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq;
- Təşkilata daxil olan müraciətlərə dair məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müxtəlif məsələlər və ya təcrübələr üzrə hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, koordinasiyası və yekunlaşdırılması.
- Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair müxtəlif xarakterli müqavilə layihələrini hazırlamaq, təkliflər vermək, səlahiyyətləri daxilində müqavilələrə rəy verib ekspertizasını aparmaq, müqavilələr üzrə zəruri sənədlərin təhlilini aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar digər zəruri tədbirləri həyata keçirmək;
- Cəmiyyət adından bağlanılmış müqavilələrin reyestrininin aparılmasını təmin etmək;
- Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası;
- Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
- Qüvvədə olan mülki, əmək, vergi, inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
- Bütün struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək.
İş şəraiti
- İş qrafiki: l-V günlər, saat 09:00-18:00
- Əmək haqqı: 800-1200 AZN (təcrübədən aslı olaraq) (bonus sistemi mövcuddur)
Tələblər:
- Ali hüquq təhsili;
- Hüquq sahəsində 1-3 il təcrübə (vəzifədən aslı olaraq);
- Dəqiqlik, operativlik və analitik düşüncə;
- Komanda ilə işləmək bacarıqları;
- MS Office proqramlarında mükəmməl istifadə bacarığı;
- E-məhkəmə, notariat.justice.gov.az, e-qanun və zəruri elektron sistemlərlə işləmək bacarığı.
Namizədlərdən subject hissədə müraciət olunan vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərməkləri xahiş olunur.
Oxşar vakansiyalar
F
4 İyun 2026
Hüquq məsləhətçisi
Facility Management Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
4 İyun 2026
Baş hüquq məsləhətçisi
Facility Management Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
4 İyun 2026
Hüquqşünas
Bilgə Qrup QSC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
U
2 İyun 2026
Anderraytinq şöbəsinin mütəxəssisi
Unicapital • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
2 İyun 2026
Daxili nəzarət və komplayens üzrə mütəxəssis
Baku Pay • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
1 İyun 2026
ƏL/TMM üzrə mütəxəssis
Golden Pay • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et