C

Caspian Services Group

Son tarix: 21 İyun 2026

İcarə və satış üzrə nümayəndə

Marketinq və SatışBakıTam Ştat21 May 202648

Müsahibə əsasında

Vakansiya haqqında

İcarə və satış üzrə nümayəndə (Tikinti avadanlığı - dirsəkli, teleskopik, qayçı tipli  qaldırıcılar və s. - Haulotte, Dinolift, Genie, JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.)

İş yeri: 1045  Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış)

Xəritədə yeri: Ətraflı bu keçiddə CSG-Binə

İş şərtləri:

  • Stabil iş yeri və Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə
  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək
  • İş qrafiki: 5 günlük iş həftəsi (I - V günlər), saat 08:30-dan 17:30-dək
  • İstirahət günləri: Şənbə və bazar
  • İcbari sığorta təminatı
  • Komfortlu iş şəraiti və mehriban kollektiv
  • Peşəkar və karyera yüksəlişi perspektivləri
  • Korporativ mobil rabitə təminatı (GSM)
  • Şəxsi avtomobildən xidməti məqsədlərlə istifadə (yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması)

Nümayəndəyə aid tələblər:

  • Təhsil: Ali təhsil (Texniki, iqtisadi və ya biznesin idarə edilməsi sahələrinə üstünlük verilir);
  • İş təcrübəsi: B2B satış və ya xüsusi texnikanın (qaldırıcı platformalar, avtoyükləyicilər) icarəsi sahəsində 1-3 il;
  • Dil bilikləri: Azərbaycan dili (mütləq), rus və ya ingilis dili bilikləri (arzuolunandır);
  • Peşəkar biliklər: Xüsusi texnika bazarı, podratçı şirkətlər və müştəri ehtiyaclarının təhlili üzrə yüksək analitik bacarıqlar;
  • Şəxsi keyfiyyətlər: Yüksək iş etikası, güclü peşəkarlıq keyfiyyətləri və korporativ davranış normalarına sahib olmaq;
  • Komanda işi: Satış hədəflərinə yönümlülük, həm tək, həm də komandada effektiv işləmək bacarığı;
  • Sürücülük bacarığı: Sürücülük vəsiqəsinin olması;
  • Korporativ qaydalar: Şirkətdaxili nizam-intizam və təhlükəsizlik (SƏTƏM) qaydalarına ciddi riayət olunması.

Nümayəndənin funksiyaları və vəzifə öhdəlikləri:

  • Korporativ qaydalar: Vəzifə təlimatını, daxili intizam, SƏTƏM və İR qaydalarını, həmçinin şirkətin yüksək keyfiyyətli müştəri xidməti standartlarını mükəmməl bilmək və onlara ciddi riayət etmək.
  • Müştəri cəlbi: Şirkətin balansındakı texnikaların (çəngəlli avtoyükləyici, qayçı tipli qaldırıcı, teleskopik yükləyici və s.) qısamüddətli və uzunmüddətli icarəsi/satışı üçün aktiv müştəri axtarışı (isti/soyuq zənglər, sahə görüşləri);
  • B2B əlaqələr: Tikinti, xidmət və Neft-Qaz (Oil & Gas) sahəsində fəaliyyət göstərən potensial yerli və birgə müəssisələrlə (JV) uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaq;
  • Texniki məsləhət və təklif: Müştəri layihələrinə uyğun olaraq düzgün texnika seçimində peşəkar məsləhət vermək və rəsmi kommersiya təklifləri (Quotes) hazırlamaq;
  • Daxili koordinasiya: Texnikanın obyektlərə operativ mobilizasiyası (çatdırılması) və idarə edilməsi üçün əməliyyat (operations) və satınalma (procurement) şöbələri ilə koordinasiyalı işləmək;
  • Maliyyə nəzarəti: Razılaşdırılmış çevik ödəniş şərtlərinə uyğun olaraq, hesablara və debitor borclara vaxtında nəzarət etmək;
  • Hesabatlılıq: Görülən işlərin gedişatı, bazar təhlili və satış/icarə nəticələri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.

Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində  “İcarə və satış üzrə nümayəndəgöstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.

Oxşar vakansiyalar