Müsahibə əsasında
Vakansiya haqqında
Struktur: Kommersiya departamentinin Satışa dəstək şöbəsi
Vəzifə öhdəlikləri:
- Daşımalar üzrə daxil olan müştəri sorğularını qəbul etmək və emal etmək;
- Daşımalar üzrə əməliyyat məlumatlarının və sifarişlərin sistemə daxil edilməsini təmin etmək;
- Yüklərin hərəkəti, konteynerlərin dislokasiyası və daşınma statusları üzrə məlumatların toplanmasına və müştərilərə təqdim edilməsinə dəstək vermək;
- Müştərilər, terminallar, ekspeditorlar, daşıyıcılar və digər tərəfdaşlarla işgüzar yazışmaları həyata keçirmək;
- Dəmir yolu qaimələri, daşınma sənədləri və kommersiya sənədləri üzrə ilkin məlumatların hazırlanmasına dəstək vermək;
- Günlük hesabatların hazırlanması və təqdim olunması.
Namizədə dair tələblər:
- Ali təhsil: müvafiq sahə üzrə
- İş stajı: tələb olunmur
- Dil biliyi: rus, ingilis
- MS Office
Funksional bilik və bacarıqlar: Satış texnikaları sahəsi üzrə yazılı və şifahi ünsiyyətə dair biliklər; Marketinq kommunikasiyaları üzrə biliklər; Bazar iqtisadiyyatının əsaslarına dair biliklər;
Davranış bacarıqları: Ünsiyyət, əlaqələndirmə, məlumatların idarə edilməsi, vaxtın effektiv idarə edilməsi
İş qrafiki:
- 5 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
Əlavə üstünlüklərimiz:
- Könüllü tibbi sığorta;
- Nahar ilə təmin edilmə;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Kiçik mütəxəssis (Satışa dəstək şöbəsi)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Oxşar vakansiyalar
Kateqoriya mütəxəssisi
Aqrar İnnovasiya və Təchizat Şirkəti • Bakı
İcarə və satış üzrə nümayəndə
Caspian Services Group • Bakı
Satıcı-kassir
TAİS İKF • Bakı
Rəqəmsal Marketinq üzrə Mütəxəssis
AVT Group • Bakı
Tibbi nümayəndə
HB Co Ltd • Bakı
Tibbi nümayəndə
RR Group OTC • Bakı