P
PMD Projects LLC
İKT layihələr üzrə aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və layihənin məqsəd və tələblərinə uyğun İKT və zəif-Layihə cizgilərini və texniki sənədləri İKT və zəif-axın sistemləri baxımından yoxlamaq, layihəçiləri texniki və funksional tələblərə istiqamətləndirmək;
- CCTV, IP kamera, IP telefoniya, şəbəkə infrastrukturu, Wi-Fi, Access Control, turniket, kartoxuyucu, server və server otağı infrastrukturu üzrə layihə həllərini qiymətləndirmək.
- CCTV sistemlərinin idarə olunması və konfiqurasiyası üzrə HikCentral, HikConnect və iVMS kimi proqramlarla işləmək, cihazların əlavə edilməsi, canlı görüntü, arxiv, istifadəçi və əsas sistem parametrlərinin idarə edilməsini bilmək;
- CCTV kameralarının texniki xüsusiyyətlərini qiymətləndirmək və layihəyə uyğun kamera seçmək; sensor, görüntü keyfiyyəti, gecəgörmə, IR məsafəsi, obyektiv və kamera lenslərinin (sabit, varifokal, motorlu və s.) seçimi üzrə bilik;
- IP telefoniya sistemlərinin layihələndirilməsi və texniki həllərinin seçilməsi; layihəyə uyğun IP ATS/PBX seçmək, sistemin tutumunu, daxili nömrələri, trunk və SIP tələblərini qiymətləndirmək;
- IP ATS-ə qoşulan avadanlıqlar üzrə praktiki anlayış: IP telefonlar, SIP trunk, GSM Gateway, FXO/FXS Gateway və modullar, analoq telefon/faks xətləri və digər əlaqəli avadanlıqlar;
- Serverlərin layihəyə uyğun seçilməsi; CPU, RAM, RAID, disk tutumu, redundant enerji təchizatı, şəbəkə interfeysləri və digər texniki parametrlərin layihə yükünə əsasən müəyyənləşdirilməsi;
- Şəbəkə avadanlıqlarının seçilməsi və layihələndirilməsi: Core Switch, Access Switch, PoE Switch, Layer 2/Layer 3, uplink, SFP/SFP+, VLAN, PoE büdcəsi və redundans tələblərinin qiymətləndirilməsi;
- Server otaqlarının layihəyə uyğun qurulması üzrə texniki tələblərin müəyyənləşdirilməsi: rack kabinetlər, patch panel, PDU, kabel infrastrukturu, soyutma, enerji, UPS, grounding və avadanlıqların yerləşdirilməsi;
- UPS sistemlərinin seçilməsi; avadanlıqların ümumi güc tələbinin hesablanması, ehtiyat müddətinin və yük profilinin nəzərə alınması;
- Sifarişçinin texniki və funksional tələblərinə uyğun İKT avadanlıqlarının seçilməsi, alternativ texniki həllərin müqayisəsi və optimal qiymət/keyfiyyət nisbətinin təmin edilməsi;
- Wi-Fi şəbəkələrinin layihələndirilməsi və qiymətləndirilməsi; Access Point seçimi, istifadəçi sıxlığı, əhatə dairəsi, roaming, PoE və VLAN tələblərinin nəzərə alınması, Radioplan layihələrinin qiymətləndirilməsi üzrə anlayış;
- İKT və zəif-axın sistemləri üzrə ilkin texniki spesifikasiyaların, material təsnifatlarının və BOQ-ların hazırlanması və yoxlanılması;
- Avadanlıq və materialların texniki spesifikasiyalara, BOQ-a və sifarişçi tələblərinə uyğunluğuna nəzarət etmək;
- İKT və zəif-axın sistemləri üzrə satınalma və tender proseslərində iştirak etmək, texniki təklifləri qiymətləndirmək və vendorlarla texniki koordinasiya aparmaq;
- İKT avadanlıqlarının datasheet-lərinin, uyğunluq cədvəllərinin və vendor təkliflərinin müqayisəli təhlilini aparmaq;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinə, müvafiq şəhərsalma və tikinti normativlərinə, eləcə də layihədə qəbul edilmiş beynəlxalq standartlara uyğun hazırlanmasını təmin etmək;
- Tikinti mərhələsində İKT və zəif-axın sistemlərinin quraşdırılmasına texniki nəzarətdə, sınaq və inspeksiyalarda iştirak etmək və sistemlərin təhvil-təslim prosesinə texniki dəstək vermək;
- Layihənin bütün mərhələlərində İKT və zəif-axın sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, texniki riskləri müəyyənləşdirmək və büdcənin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi və arxivləşdirilməsi proseslərinin müvafiq prosedurlara uyğun aparılmasını təmin etmək.
Tələblər
- Ali təhsil: İT və ya Avtomatika mühəndisliyi ixtisası üzrə ali təhsil;
- İş təcrübəsi: İKT / zəif-axın sistemləri, tikinti və ofis layihələri üzrə minimum 5 il iş təcrübəsi;
- CCTV, IP kamera və VMS sistemləri üzrə praktiki bilik və iş təcrübəsi;
- HikCentral, HikConnect və iVMS proqramları ilə işləmək bacarığı,Kamera və lens seçimi, görüntü parametrləri və CCTV sisteminin layihə tələblərinə uyğun qurulması üzrə bilik;
- IP telefoniya və IP ATS/PBX sistemləri üzrə praktiki bilik; SIP, GSM Gateway, FXO və FXS həllərini anlamaq;
- Server, storage və server otağı infrastrukturu, şəbəkə əsasları və şəbəkə avadanlıqları üzrə yaxşı üzrə texniki bilik və layihəyə uyğun avadanlıq seçmək bacarığı;
- Sifarişçi tələblərini texniki spesifikasiyaya çevirmək və uyğun İKT avadanlığı seçmək bacarığı;
- Texniki datasheet, BOQ, spesifikasiya və layihə sənədləri ilə işləmək bacarığı;
- MS Office, AutoCAD və texniki sənədlərlə işləmək bacarığı;
- Azərbaycan dili – səlis; İngilis dili – yaxşı. Rus dili bilməsi üstünlükdür;
- Komanda ilə işləmək, texniki məsələləri analiz etmək, vendor və layihəçilərlə koordinasiya aparmaq bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
E
Bugün
Şöbə müdiri
EDU COMPANY Təhsil Şirkəti • Bakı
Tam Ştat
800 ₼Müraciət et
M
Bugün
Planlama üzrə təcrübəçi
METAK • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Фитнес-менеджер
Crocus Fitness • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Q
Bugün
Filial müdiri
Qarant Kredit • Gəncə
Tam Ştat
1200 ₼Müraciət et
E
Bugün
Ofis meneceri
Evro İnşaat MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
B
Bugün
Xadimə
BARS GROUP MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et