E

EDU COMPANY Təhsil Şirkəti

Son tarix: 17 Oktyabr 2026

Şöbə müdiri

İnzibati İşlərBakıTam Ştat17 Sentyabr 202672

800

Vakansiya haqqında

Vəzifə:

  • Abituriyent şöbəsinin ümumi fəaliyyətinin təşkili və idarə olunması;

  • Müəllim heyətinin koordinasiyası, iş bölgüsünün aparılması və fəaliyyətinə nəzarət;
  • Tələbələrin dərs davamiyyəti, akademik göstəriciləri və nəticələrinin mütəmadi izlənilməsi;

  • İmtahan prosesinin planlaşdırılması, təşkili və nəzarətdə saxlanılması;

  • Valideynlərlə mütəmadi görüşlərin keçirilməsi, müraciətlərin dinlənilməsi və müvafiq hesabatların hazırlanması;

  • Tədris planının icrasına və tədris prosesinin keyfiyyətinə nəzarət;

  • Şöbənin aylıq fəaliyyət və nəticə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması;

  • Abituriyent şöbəsinin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;

  • Tədris prosesinin səmərəliliyinin artırılması və nəticələrin yüksəldilməsi istiqamətində yeni yanaşmaların tətbiqi;

  • Şöbənin gündəlik operativ fəaliyyətinin idarə edilməsi və yaranan məsələlərin çevik həllinin təmin olunması.

 

 Tələblər:

  • Ali təhsil (pedaqoji təhsil üstünlükdür)
  • Təhsil və idarəçilik sahəsində minimum 2 il təcrübə
  • Satış sahəsində, müştəri xidmətlərində minimum 1 il təcrübə
  • Yaş həddi: 26-45
  • Liderlik və komanda idarəetmə bacarığı
  • Analitik düşünmə və məsuliyyətlilik
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Microsoft Office proqramları ilə işləmə bacarığı
  • İş vaxtı tam ştat olduğu üçün təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
  •  

Karyera imkanları və təminatlar

  • Korporativ nömrə
  • Korporativ telefon
  • Şirkət əmək münasibətləri zamanı artan əməkhaqqı və karyera imkanlarını tətbiq edir

Əmək şəraiti və şərtləri

  • Ünvan: Bakı
  • Əmək haqqı: 800-1200
  • İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış)
  • AR ƏM-nə uyğun sənədləşmə
  • Gizlilik təminatı
  • Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır

Vakansiya üçün müraciət forması və şərtləri
Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı “müraciət et” butonuna daxil ola və ya [email protected] mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.

Qeyd olunan vakansiya üzrə 16.10.2026-cı il tarixinə qədər müraciət qəbul edilir.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Oxşar vakansiyalar