Ferrum Capital QSC
İlkin təqib üzrə mütəxəssis
400 ₼
Vakansiya haqqında
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İlkin təqib üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
- 21-29 yaş aralığında gənclər
- Ali təhsil
- Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
- Stresə davamlılıq, təmkinlilik, tələbkarlıq
- Çevik qərar qəbuletmə, nəticə yönümlülük
İlkin təqib üzrə kiçik mütəxəssis nə iş görür?
- Gecikmədə olan faktorinq portfellərinin təqib edilməsi
- Faktorinq xidməti üzrə gecikməsi olan müştərilərlə əlaqə yaradılması
- Gecikmə səbəblərinin araşdırılması və sistemə qeyd edilməsi
- Faktorinq üzrə ödənişlərin qaytarılmasının təmin edilməsi
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
- Əmək haqqı: 400 Azn + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İlkin təqib üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
Aparıcı Mühasib
SABAH.HUB • Bakı
Operativ nəzarət üzrə Baş Mütəxəssis / Menecer
Abşeron Logistika Mərkəzi • Abşeron
Lizinq üzrə Aparıcı Mütəxəssis
Mikrocredit MMC • Bakı
Problemli kreditlər üzrə mütəxəssis
BOKT AzKredit ASC • Bakı
Senior Accountant / Lead Accountant (IFRS & Tax Reporting)
Vega Travel management • Bakı
Income Auditor
JW Marriott Absheron Baku • Bakı