K

Kontakt Home

Son tarix: 1 Oktyabr 2026

İmtinalara nəzarət və kredit şərtlərinin inkişafı üzrə qrup rəhbəri

Maliyyə və MühasibatlıqBakıTam Ştat2 Sentyabr 2026122

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Kredit imtinalarının səbəb strukturunun mütəmadi təhlili, tendensiyaların və kənarlaşmaların müəyyən edilməsi;
  • İmtina səbəbləri siyahısının idarə edilməsi: mövcud səbəblərin aktuallığının və düzgünlüyünün yoxlanılması,yeni səbəblərin əlavə edilməsi və qüvvədən düşmüş səbəblərin deaktiv edilməsinin təşkil olunması;
  • Kredit şərtlərinin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflərin hazırlanması və Direktor müavininə təqdim olunması;
  • İmtina qərarlarının keyfiyyətinə nəzarət sisteminin qurulması və idarə olunması (təkrar yoxlama, zəng yazılarının seçmə yoxlanışı, imtina–satış uyğunlaşdırması);
  • Səlahiyyəti çərçivəsində imtina qərarlarına yenidən baxılması və müvafiq qərarın verilməsi;
  • Kreditorlar üzrə fərdi göstəricilərin izlənməsi və aşağı nəticə göstərən əməkdaşlarla iş planının müəyyən

edilməsi;

  • Kreditorların attestasiya proqramının məzmununun hazırlanması və keçirilməsində iştirak edilməsi;
  • Mağaza rəhbərlərindən və digər şöbələrdən daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
  • Qrupun gündəlik işinin təşkili, tapşırıqların bölüşdürülməsi və icra keyfiyyətinə nəzarət olunması;
  • Həftəlik və aylıq hesabatların hazırlanaraq Direktor müavininə təqdim olunması;
  • Satışda yaranmış xətaların və yeni hesabat tələblərinin İT bölməsi ilə əlaqələndirilməsi və nəticələrin qəbul olunması.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və ya oxşar sahə);
  • Kredit, risk, analitika və ya əməliyyat idarəetməsi sahəsində 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dilini bilməsi arzu olunandır;
  • Microsoft Office (yüksək səviyyədə Excel) GNİ ,Mikro ERP

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar