T

Təmiz Şəhər

Son tarix: 2 Oktyabr 2026

Maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat2 Sentyabr 2026137

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Aylıq, rüblük  və illik maliyyə hesabatlarının hazırlanması; Şirkətdaxili  hesabat və sorğuların vaxtında cavablandırılması;
  • İllik büdcə layihəsinin hazırlanmasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə təkliflərini toplamaq və təhlil etmək;
  • Büdcə icrasına dair faktiki göstəriciləri plan göstəriciləri ilə müqayisə etmək və aşkar olunmuş kənarlaşmaları təhlil etmək;
  • Xarici auditorla bağlı sorğuların cavablandırılması, Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması;
  • Maliyyə risklərinin qiymətləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;

Namizədə olan tələblər:

  • Təhsil - Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi)
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
  • Dil bilikləri - Azərbaycan dili, İngilis dili
  • Microsoft Office proqramları üzrə biliklər;
  • ERP sistemində işləmək bacarığı;
  • ACCA F3, F7 və Beynəlxalq Maliyyə Hesabatlılığı standartları üzrə biliklər;

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Məsuliyyətli, diqqətli və vaxtı səmərəli idarəetmə
  • Analitik təhlil və məntiqi düşüncə
  • Komanda ilə işləmə və kommunikasiya

Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciətin mövzu hissəsində “Maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur. 

Oxşar vakansiyalar