M

Mpay MMC

Son tarix: 7 Oktyabr 2026

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

İnformasiya TexnologiyalarıBakıTam Ştat8 Sentyabr 202643

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə Öhdəlikləri

  • İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartları araşdırır, şirkətə faydalı olan tövsiyələrin tətbiqini qiymətləndirir.
  • Müəyyən olunmuş risklərə əsasən informasiya təhlükəsizliyi siyasət, standart, prosedur və təlimatları tərtib edir və onlar üzrə maarifləndirməni təmin edir.
  • İnformasiya təhlükəsizliyinin idarəolunması sisteminin (İTİS) təkmilləşdirilməsinə töhfə verir.
  • İnformasiya təhlükəsizliyi üzrə riskləri və problemləri bütün maraqlı tərəflərlə kommunikasiya edir.
  • Siyasət və təlimatların əhatə sahəsi üzrə zəiflikləri mütəmadi yoxlamalarla müəyyən edir.
  • Fövqəladə insidentləri, informasiya təhlükəsizliyi hadisələri və informasiya təhlükəsizliyi insidentlərini araşdırır və onların həlli üzrə təkliflər verir.
  • Tətbiq olunan və olunması planlaşdırılan yeni texnologiyalar ilə əlaqədar risklərin müəyyənləşdirilməsi üzrə araşdırma aparır, onların aradan qaldırılması üzrə təkliflər verir.
  • Texniki təhlükəsizlik funksiyasının yerinə yetirilməsinə nəzarət edir, təkmilləşdirmə üzrə təkliflər verir.
  • Xarici və daxili audit tədbirlərində iştirak edir, müvafiq informasiyanın təqdim olunmasını təmin edir.

Namizədə Əsas Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi və bu kimi istiqamətlər üstünlükdür).
  • Ofis proqramlarını bilməsi.
  • İnformasiya təhlükəsizliyi üzrə əsas texniki biliklərə sahib olması.
  • İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlar və ən yaxşı təcrübələri bilməsi.

Tələb Olunan Bacarıqlar

  • İnformasiya təhlükəsizliyi üzrə əsas texniki biliklər (məlumat təhlükəsizliyi, tətbiq təhlükəsizliyi, şəbəkə və sistem təhlükəsizliyi).
  • İnformasiya təhlükəsizliyi risklərinin idarəedilməsi.
  • İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlar və çərçivələr.
  • İT audit və uyğunluq (requlyativ tələblər) üzrə biliklər.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar