O
OBA marketlər şəbəkəsi
Tikintiyə nəzarət üzrə Baş Mühəndis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Yeni obyektlərin tikintisi, mövcud obyektlərin təmiri, rekonstruksiyası və istifadəyə hazırlanması proseslərinə texniki nəzarət etmək;
- Tikinti işlərinin təsdiq edilmiş layihə, texniki tapşırıq, smeta, iş qrafiki, normativ tələblər və şirkətin standartlarına uyğun icrasını təmin etmək;
- Tikinti sahələrində mütəmadi yoxlamalar aparmaq, görülən işlərin keyfiyyətini və faktiki icra vəziyyətini qiymətləndirmək;
- Memarlıq, konstruksiya, elektrik, su-kanalizasiya, havalandırma, kondisioner, yanğın təhlükəsizliyi və digər mühəndis sistemləri üzrə işlərin əlaqələndirilməsini təmin etmək;
- Podratçı və subpodratçıların fəaliyyətinə nəzarət etmək, onların müqavilə öhdəliklərinə, iş qrafikinə və keyfiyyət tələblərinə əməl etməsini izləmək;
- Podratçılar tərəfindən təqdim olunan iş həcmlərini, görülmüş iş aktlarını və istifadə edilmiş materialları yoxlamaq;
- Layihədə nəzərdə tutulmayan əlavə işlərin zəruriliyini əsaslandırmaq, həcmini müəyyənləşdirmək və təsdiq üçün təqdim etmək;
- Tikinti materiallarının və avadanlıqların layihə spesifikasiyalarına, texniki standartlara və təsdiq edilmiş nümunələrə uyğunluğunu yoxlamaq;
- Aşkar edilmiş qüsur və uyğunsuzluqları sənədləşdirmək, düzəldici tədbirlər müəyyənləşdirmək və onların vaxtında aradan qaldırılmasına nəzarət etmək;
- İşlərin gecikməsi və ya büdcədən yayınma halları üzrə səbəb təhlili aparmaq və tədbirlər planı təqdim etmək;;
- Obyektin texniki qəbulunda iştirak etmək, yekun qüsur siyahısını hazırlamaq və qüsurların aradan qaldırılmasını izləmək;
- Tikinti xərclərinin optimallaşdırılması və iş keyfiyyətinin artırılması üzrə təkliflər vermək;
- Tikintiyə nəzarət mühəndislərinin fəaliyyətini koordinasiya etmək, tapşırıqları bölüşdürmək və nəticələri qiymətləndirmək;
- Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- İnşaat mühəndisliyi və ya sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil;
- Tikinti sahəsində minimum 5 il, texniki nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
- Mağaza ya digər kommersiya obyektlərinin tikinti və təmirində təcrübə;
- Memarlıq, konstruksiya və mühəndis sistemləri layihələrini sərbəst oxumaq və layihələrarası uyğunsuzluqları müəyyən etmək bacarığı;
- İş həcmi cədvəllərini, smetaları, qiymət təkliflərini və görülmüş iş aktlarını yoxlamaq bacarığı;
- Tikinti norma və qaydaları, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi tələbləri üzrə bilik;
- Tikinti qrafikini hazırlamaq, icra vəziyyətini izləmək və gecikmələr üzrə bərpa planı tələb etmək bacarığı;
- Qüsur aktı, gizli iş aktı, texniki baxış hesabatı və təhvil-təslim sənədlərini hazırlamaq bacarığı;
- Podratçıların keyfiyyət, müddət, xərc və təhlükəsizlik göstəricilərinə əsasən qiymətləndirilməsi təcrübəsi;
- Obyektin tikintiyə qəbulundan açılışa qədər olan prosesi müstəqil idarə etmək bacarığı;
- AutoCAD proqramında layihələri sərbəst oxumaq və qeydlər aparmaq bacarığı;
- Microsoft Excel proqramında hesabat, müqayisə və xərc təhlili aparmaq bacarığı;
- MS Project və ya analoji proqramlarda iş qrafiki ilə işləmək bacarığı üstünlükdür;
- Azərbaycan dilini sərbəst bilmək; rus və ya ingilis dili biliyi üstünlükdür;
- Regionlara ezamiyyətə və tikinti sahələrində işləməyə hazır olmaq;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Texniki Sənədləşmə üzrə Mütəxəssis
AT - Geotech MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
A
Bugün
Növbətçi-elektrik montyoru
AzerFloat • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Texniki ofis mühəndisi (Qarabağ)
North West • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Sahə memarı (Sumqayıt)
North West • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Bugün
İş icraçısı (tikinti üzrə)
GM Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Texniki ofis mühəndisi
GM Construction • Şuşa
Tam Ştat
Müsahibə əsasındaMüraciət et