K

Kontakt Home

Son tarix: 29 Noyabr 2026

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

İnsan ResurslarıBakıTam Ştat30 Oktyabr 202645

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr əməliyyatları üzrə sənədlərin və əmrlərin hazırlanması;
  • Əmək müqavilələrinin, əmək müqavilələrinə əlavələrin və şəxsi işlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
  • ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların aktuallığının təmin edilməsi;
  • İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və uçotunun aparılması;
  • Məzuniyyət balanslarının izlənilməsi və məzuniyyətlərlə bağlı sənədləşmənin aparılması;
  • Xəstəlik vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işburaxma hallarının qeydiyyatı və idarə edilməsi;
  • ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək;
  • Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması;
  • Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması;
  • Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasının təmin edilməsi

Tələblər

  • Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və əlaqəli ixtisaslara üstünlük verilir;
  • İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Retail sahəsində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik;
  • ƏMAS və digər dövlət elektron portalları ilə işləmə bacarığı;
  • Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktiki biliklər;
  • 1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə bilik;
  • MS Excel proqramında yüksək səviyyədə bilik — Pivot cədvəlləri, formulalar və digər funksiyalarla işləmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı;
  • Rus və ya ingilis dillərindən ən azı birində sərbəst səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı;
  • Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq bacarığı;
  • Dinamik iş mühitində işləməyə, aktiv iş tempinə uyğunlaşmağa və yüksək iş yükünü idarə etməyə hazır olmaq;
  • Daxil olan sorğulara və iş tapşırıqlarına operativ şəkildə geri dönüş etmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik və müasir iş mühiti;
  • Müasir və rahat ofis şəraiti;
  • Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
  • Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar;
  • Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.

İş şəraiti:

  • İş qrafiki: I–V günlər, 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar