C

Cyberpoint

Son tarix: 17 Sentyabr 2026

İnsan resursları üzrə baş mütəxəssis

İnsan ResurslarıBakıTam Ştat17 Avqust 2026113

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyacını müəyyənləşdirmək və vakansiyaların idarə olunmasını təşkil etmək;
  • Namizədlərin axtarışı, seçimi, müsahibələrin təşkilini idarə etmək;
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi və s. proseslərin icra edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və kadr sənədlərinin düzgün aparılmasını təmin etmək;
  • İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və digər növ əmrlərin hazırlanması;
  • ƏMAS portalında struktur, ştat vahidinin yaradılması, ləğv edilməsi və digər növ əməliyyatların icra edilməsi;
  • Kargüzarlıq işlərinin aparılması (arayış, məktub, etibarnamə və s. hazırlanması);
  • İşçi heyətinin təlim ehtiyacının müəyyənləşdirilməsi;
  • İşçilərin performans qiymətləndirilməsi sisteminin tətbiq edilməsi;
  • Rəhbərin tapşırığına əsasən İR hesabatlarının hazırlanması.

Namizədə dair tələblər:

  • Azərbaycan vətəndaşı olmalı;
  • Müvafiq sahə üzrə ali təhsil (magistr təhsili və ya sertifikatların olması üstünlükdür);
  • Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
  • Əmək qanunvericiliyi haqqında yüksək biliyə malik olmalı;
  • MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis dili biliyinin olması üstünlükdür;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Yüksək kommunikasiya bacarığı, operativ qərar vermə və analitik düşünmə qabiliyyətinə malik olmalı.

Əlavə məlumat:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri, bayram günləri və ümumxalq hüzn günü qeyri-iş günləridir);
  • Nahar fasiləsi: 13:00 - 14:00; 
  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 189B. 
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Oxşar vakansiyalar