I

IMA Energy

Son tarix: 10 İyul 2026

İnsan Resursları üzrə Mütəxəssis – Ağdam Baş Qərvənd

İnsan ResurslarıAğdamTam Ştat10 İyun 2026161

Müsahibə əsasında

Vakansiya haqqında

Layihə: Ağdam Baş Qərvənd yaşayış məntəqəsinin yenidən qurulması və infrastruktur layihəsi

İş şəraiti

  • İş yeri: Ağdam rayonu, Baş Qərvənd
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Yaşayış: Kamp şəraiti ilə təmin olunur
  • Qidalanma: Gündə 3 dəfə şirkət tərəfindən təmin edilir

Vəzifə öhdəlikləri

  • İşə qəbul, işdən azad etmə və vəzifə dəyişikliklərinin əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi;
  • ƏMAS platforması üzərindən əmək müqavilələrinin bağlanması, dəyişiklik və xitam proseslərinin həyata keçirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və kadr sənədlərinin düzgün aparılması;
  • İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabel məlumatlarının hazırlanması və yoxlanılması;
  • Növbə qrafiklərinin hazırlanması və iş vaxtının uçotunun aparılması;
  • Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər kadr əmrlərinin hazırlanması;
  • Vakansiyaların yerləşdirilməsi, CV-lərin dəyərləndirilməsi və müsahibələrin təşkili;
  • Yeni işçilərin adaptasiya prosesinin təşkil edilməsi;
  • Əmək haqqı hesablamaları üçün zəruri məlumatların hazırlanması və təqdim edilməsi;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Əmək qanunvericiliyinin və şirkətdaxili prosedurların tətbiqinə nəzarət edilməsi.

Namizədə tələblər

  • Ali təhsil;
  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək;
  • ƏMAS sistemi ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
  • Tabel və iş vaxtının uçotunun aparılması üzrə təcrübə;
  • Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı;
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar