A

Azersun Holding

Son tarix: 10 İyul 2026

İnspektor - Sumqayıt

İnzibati İşlərSumqayıtTam Ştat10 İyun 2026206

Müsahibə əsasında

Vakansiya haqqında

Tələblər:  

  • Ali təhsil (Mexanika, Kimya və ya Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).
  • Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 3 il iş təcrübəsi.
  • MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
  • Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
  • Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)    

Vəzifə öhdəlikləri

  • İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.
  • Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
  • İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.
  • Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
  • Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
  • İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.
  • Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.
  • Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.
  • Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək

İş şəraiti

  • İş Qrafiki: Növbəli
  • İş yeri: Sumqayıt şəhərində yerləşən İstehsalat müəssisələri
  • Nəqliyyat dəstəyi mövcuddur
  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor - Sumqayıt” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar