F

Finca Azerbaijan

Son tarix: 3 Avqust 2026

İnzibati dəstək və Satınalma üzrə Koordinator

İnzibati İşlərBakıTam Ştat3 İyul 202643

Müsahibə əsasında

Vakansiya haqqında

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı "İnzibati dəstək və Satınalma üzrə Koordinator" vəzifəsini elan edir.

İcmal

Sərfəli qiymət müqabilində keyfiyyətli xidmət göstərən təchizatçılar ilə işgüzar və şəffaf əlaqələr qurmalı, bütün növ alqı-satqı əməliyyatlarını düzgün və məsuliyyətlə, öz və ya təchizatçının maraqlarını güdmədən, qərəzsiz və obyektiv biznes standartlarına əsaslanaraq həyata keçirməli, müqavilələrin vaxtında hazırlanmasından əmin olmalı və ödənişlərə nəzarət etməlidir. 

Əsas vəzifə öhdəlikləri:

  • Podratın FİNCA-nın Təlimatlarına, siyasət və prosedurlarına uyğun olmasını təmin etmək.
  • Satınalmalar üzrə hesabatvermə və uçota dair öhdəlikləri əlaqələndirmək.
  • Məsul olduğu işinin keyfiyyətlə yerinə yetirilməsinə, işlərin vaxtında səmərəli idarə edilməsi üzrə məsuldur.
  • Müntəzəm olaraq fərdi şəkildə kontragentlərlə maraqlanmalı, Riskli Vergi ödəyicisi olub/olmamasının yoxlamalıdır.
  • Əldə olunmuş məlumat haqqında İnzibati Departament Menecerinə hesabat verir.

Tələblər

  • Təhsil: Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat, Biznesin İdarəedilməsi,Logistika və oxşar sahələr üzrə)
  • Təcrübə: Satınalma üzrə 2 ildən çox iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıb yazmaq bacarığı mütləqdir. İngilis və rus dillərini bilmək üstünlük sayılır.
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə Excel) üzrə biliklər tələb olunur. 
  • Təchizatçı seçimi, müqavilə hazırlanması, bazar araşdırması, qiymət analizi kimi prosesləri anlayışı olmalıdır.

Bilik və bacarıqlar:

  • Analitik düşünmə, problem həll etmə bacarığı.
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Təşkilatçılıq
  • Məsuliyyətli olmaq,
  • Nəticəyəyönülmlülük
  • Komanda ilə işləmək bacarığı.
  • Müqavilə, tender prosesləri, dövlət satınalmaları üçün – əlaqədar qanunvericiliklə işləmə bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Peşəkar beynəlxalq iş mühiti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar