I

IMA Energy

Son tarix: 9 İyul 2026

İş İcraçısı

İnzibati İşlərBakıTam Ştat10 İyun 2026386

Müsahibə əsasında

Vakansiya haqqında

Layihə: "Bakı Metropoliteni" QSC-nin yarımstansiyalar arası 6/10 kV giriş və aralıq kabel xətlərinin yenilənməsi

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 5 günlük iş həftəsi
  • Növbə: Gecə növbəsi (00:00 – 06:00)

Vəzifənin məqsədi:

  • Metro xətti layihəsi çərçivəsində aparılan tikinti, quraşdırma və elektromexaniki işlərin layihə tələblərinə, texniki standartlara və müəyyən edilmiş iş qrafikinə uyğun icrasını təşkil etmək, işçi heyətinin fəaliyyətini koordinasiya etmək və işlərin vaxtında, keyfiyyətli şəkildə tamamlanmasını təmin etmək.

Namizədə tələblər:

  • İnşaat mühəndisliyi, Mülki mühəndislik, Elektrik mühəndisliyi və ya digər müvafiq texniki sahə üzrə ali təhsil;
  • Metro, tunel, infrastruktur və ya iri tikinti layihələrində minimum 5 il iş təcrübəsi;
  • İş İcraçısı vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Layihə sənədlərini, texniki çertyojları və iş qrafiklərini oxumaq və tətbiq etmək bacarığı;
  • AutoCAD, Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Tikinti norma və qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər;
  • Liderlik, təşkilatçılıq və komanda idarəetmə bacarıqları;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar