C

Core Construction

Son tarix: 15 Noyabr 2026

İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO)

İnşaat və MemarlıqBakıTam Ştat15 Oktyabr 202648

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri / layihə ərazisi

Struktur bölmə: İstehsalat-Texniki Şöbə (PTO)

Vəzifə haqqında

  • CORE CONSTRUCTION MMC tikinti layihələrinin texniki sənədləşdirilməsi, işlərin planlaşdırılması və icra prosesinə nəzarətin təmin edilməsi məqsədilə komandamıza İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO) vəzifəsi üzrə təcrübəli və məsuliyyətli əməkdaş axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Tikinti layihələri üzrə işçi sənədlərin, texniki hesabatların və icra sənədlərinin hazırlanması;
  • Layihə və işçi çertyojların təhlili, texniki tələblərə uyğunluğun yoxlanılması;
  • İşlərin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • Yerinə yetirilmiş işlərin həcmlərinin hesablanması və yoxlanılması;
  • Görülmüş işlərə dair aktların, arayışların və digər texniki sənədlərin hazırlanması;
  • Tikinti sahəsindən daxil olan məlumatların təhlili və hesabatların hazırlanması;
  • Layihə, smeta və faktiki icra göstəricilərinin müqayisə edilməsi;
  • Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
  • Tikinti işlərinin təsdiq olunmuş layihəyə, texniki normalara və standartlara uyğunluğuna nəzarətdə iştirak etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas);
  • Tikinti sahəsində PTO mühəndisi vəzifəsi üzrə iş təcrübəsi;
  • Tikinti layihələri və texniki sənədlərlə işləmək bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • İş həcmlərinin hesablanması və texniki hesabatların hazırlanması üzrə biliklər;
  • Tikinti norma və qaydaları haqqında məlumatlı olmaq;
  • Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
  • Peşəkar inkişaf və böyük tikinti layihələrində iştirak imkanı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “PTO mühəndisi” qeyd etməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar