K
Kontakt Home
Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Məişət texnikası üzrə)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Sistem üzrə daxil olan sifarişlərin analizi, eləcə də kateqoriya, ərazi və icra tarixləri üzrə bölgülərin aparılması;
- Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması;
- Texniklərin, ustaların gündəlik olaraq ərazilər üzrə təyin olunması, həmçinin, işlərin kənar xidmət göstərən ustalara, briqadalara bölgü edilməsi;
- Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi, zərurət yarandıqda müştərilərlə əlaqənin qurulması, məlumatların təqdim olunması;
- Çatışmayan məlumatların daxil edilməsi üçün aidiyyəti üzrə yönləndirilməsi;
- Təhvil verilmiş və icra olunmamış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması, sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi;
- Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında sifarişlərə aid sənədlərin və məlumatların təqdim olunması;
- Məhsul, avadanlıq və ehtiyat hissələrinin vaxtı-vaxtında sifarişi və qalığa nəzarət edilməsi, xammal ehtiyacının təhlili və müvafiq sifarişlərin formalaşdırılması;
- Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli və aidiyyəti üzrə yönləndirilməsi, işlə bağlı yazışmaların aparılması;
- Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət eyni zamanda nəqliyyat vasitələr üçün lazımi sənədlərin ( etibarnamə, yol vərəqəsi və s.) hazırlanması üçün müraciətlərin göndərilməsi;
- Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, hesabatların hazırlanlanıb, təqdim olunması.
Tələblər:
- Ali təhsil(İqtisadi, İdarəetmə, texniki sahələr üzrə arzu olunandır);
- Səlis azərbaycan dili, rus dili biliyi arzuolunandır;
- Müvafiq sahədə minimum 1 il təcrübəsi;
- Xidmət ərazilərini yaxşı tanıması;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Riyazi və məntiqi biliklər;
- Analitik düşüncə, təhliletmə qabiliyyəti;
- Punktuallıq və detallara diqqət etmə bacarığı;
- Problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq;
- Sərbəst qərar verə bilmə bacarığı;
- Komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
E
Bugün
Специалист по работе с клиентами
Empire by Asthetik Lab • Bakı
Tam Ştat
800 ₼Müraciət et
T
Bugün
Sahə mühəndisi
Tam Store • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
MEP üzrə mühəndis
Tam Store • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO)
Core Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Quraşdırıcı - elektron təhlükəsizlik sistemləri üzrə
A+A Security • Bakı
Təcrübə
600 ₼Müraciət et
V
Bugün
Промоутер
VIT.AZ • Bakı
Tam Ştat
750 ₼Müraciət et