O

Organica (qida məhsulu istehsalı)

Son tarix: 28 Noyabr 2026

İstehsalat uçotu üzrə mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat28 Oktyabr 2026155

Müsahibə əsasında

Vakansiya haqqında

Fəaliyyət sahəsi: Çörək və qənnadı məmulatlarının istehsalı
İş yeri: Bakı
İş forması: Tam ştat, daimi

Çörək və qənnadı istehsalatında uçot sisteminin qurulması, istehsal proseslərinin maliyyə və anbar uçotu ilə inteqrasiyası edilməsi və sistemin gündəlik idarə olunması.

Qida istehsalı, xüsusilə çörək və qənnadı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti

  • Daimi və stabil iş;

Tələblər:

  • Mühasibatlıq və ya maliyyə üzrə ali təhsil;
  • İstehsalat uçotu sahəsində minimum 3 il təcrübə;
  • Reseptura əsaslı uçot üzrə praktiki biliklər;
  • 1C və Excel ilə sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və dəqiqlik.

Vəzifə öhdəlikləri:

·        Xammal, yarımfabrikat və hazır məhsulların uçotunun təşkili;

·        Xammal sərfiyyatının istehsal həcminə uyğun avtomatik hesablanması və silinməsi;

·        İstehsalat itkilərinin, tullantıların və normadan artıq sərfiyyatın təhlili;

·        Anbar qalıqlarına nəzarət və mütəmadi inventarizasiyaların aparılması;

·        İstehsalat, anbar və satış məlumatlarının uzlaşdırılması;

·        Məhsullar üzrə rentabellik və mənfəətlilik hesabatlarının hazırlanması;

·        İstehsalat uçotunun gündəlik aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi.

·        Baş mühasibin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar