B

Bokt Embafinans MMC

Son tarix: 28 Noyabr 2026

Problemli kreditlərin idarə edilməsi şöbəsi - Təcrübəçi

Maliyyə və MühasibatlıqBakıTəcrübə28 Oktyabr 2026113

Müsahibə əsasında

Vakansiya haqqında

“EmbaFinans” BOKT QSC-in Problemli kreditlərin idarə edilməsi şöbəsində Təcrübəçi vakansiyası elan edilir.

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən EmbaFinans Bank Olmayan Kredit Təşkilatıdır. "EmbaFinans" BOKT QSC hazırda İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir.

İşin təsviri:

  • Problemli kreditlərin təftişinin aparılması, onun yaranma səbəblərinin müəyyənləşdirilməsi, geri ödənişi və üsulları barədə təkliflər verilməsi;
  • Cəmiyyətdaxili qaydalara uyğun olaraq problemli kreditlərin yaranma səbəbləri üzrə təhlillərin aparılması və hesabatların hazırlanılması;
  • Problemli kreditlərin yığımının daxili qaydalara müvafiq olaraq təmin edilməsi;
  • Elektron məlumat bazasında, Cəmiyyət üzrə verilmiş bütün kreditlərin ödənilməsi qrafikinə nəzarət edilməsi;
  • Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Problemli kreditlərin idarə edilməsi ilə bağlı şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Minimum orta təhsil;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı, stresə dözümlülük və ünsiyyət qurma bacarığı;
  • MS Ofis proqramlarından istifadə bacarığı.

İş rejimi:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “PKİEŞ / Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar