V

Veysəloğlu MMC

Son tarix: 8 İyul 2026

İT biznes Analitik

İnformasiya TexnologiyalarıBakıTam Ştat8 İyun 2026128

Müsahibə əsasında

Vakansiya haqqında

Funksiya: Rəqəmsallaşdırma, Transformasiya və Layihələr Direktorluğu/İT, Data və Proqramların Təkmilləşdirilməsi  Departamenti/İT Biznes Analitika Şöbəsi

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Əsas vəzifə öhdəlikləri:

  • Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi 
  • Biznes proseslərinin müəyyən edilməsi, modelləşdirilməsi və optimallaşdırılması 
  • Funksional testlərin aparılması və istifadəçi qəbul testlərində (UAT) iştirak 
  • Layihə idarəetmə proseslərinə dəstək göstərilməsi 
  • Biznes və texniki komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi 
  • Yeni funksionallıqlar üzrə təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi 
  • SWOT təhlili və iş axınlarının hazırlanması 
  • İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin edilməsi

Vəzifə tələbləri:

  • Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələr üzrə ali təhsil 
  • IT Biznes Analitik sahəsində minimum 2 il iş təcrübəsi 
  • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları 
  • BPMN, UML kimi proses modelləşdirmə metodologiyaları üzrə biliklər (üstünlükdür) 
  • Agile, Scrum və ya digər layihə idarəetmə metodologiyaları üzrə təcrübə 
  • SQL, API-lərlə işləmə bacarığı, ERP və CRM sistemləri üzrə anlayış (üstünlükdür) 
  • Güclü yazılı və şifahi kommunikasiya bacarıqları 
  • Azərbaycan dili səlis, ingilis və rus dillərində işgüzar səviyyədə bilik

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İT Biznes Analitik” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar