M
Mercure Hotels Baku City
İT Menecer Müavini
Müsahibə əsasında
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Hotelin İT sistemlərinin fasiləsiz və düzgün fəaliyyətinin təmin edilməsində İT Menecerinə dəstək olmaq;
- İT Meneceri olmadıqda onun gündəlik işlərinin və tapşırıqlarının icrasını təmin etmək;
- Kompüter, printer, POS, telefon və digər İT avadanlıqlarının texniki dəstəyini həyata keçirmək;
- Əməkdaşların İT ilə bağlı müraciətlərini qəbul etmək və texniki problemləri operativ şəkildə həll etmək;
- Hotelin şəbəkə, internet və sistemlərinin işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki problemlərin aradan qaldırılmasını təmin etmək;
- İT avadanlıqlarının inventar uçotunu və texniki vəziyyətinə nəzarəti həyata keçirmək;
- İstifadəçi hesablarının, girişlərin və İT təhlükəsizliyi ilə bağlı proseslərin idarə edilməsində iştirak etmək;
- Hotelin istifadə etdiyi proqram və sistemlərlə bağlı yaranan problemlərin həllini təmin etmək;
- İT təhlükəsizliyi və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
- İT Menecerinə hesabatların və digər sənədlərin hazırlanmasında dəstək olmaq;
- İT şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasında iştirak etmək.
Namizədə tələblər:
- İT sahəsində minimum 2 il iş təcrübəsi;
- Hotel sektorunda İT sahəsində iş təcrübəsi üstünlükdür;
- İT sistemləri, kompüter avadanlıqları və şəbəkə üzrə yaxşı bilik;
- Windows, MS Office və əsas sistem inzibatçılığı üzrə biliklər;
- Şəbəkə, internet, printer, POS və digər periferiya cihazları ilə işləmə bacarığı;
- Texniki problemləri analiz etmək və operativ həll etmək bacarığı;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- Rus dili biliyi üstünlükdür;
- Liderlik və koordinasiya bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komanda idarəetməsi və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı imkanları;
- Nahar təminatı;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İT Menecer Müavini” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiyalar
P
Bugün
IT və Kiber Risklərinin İdarə Edilməsi şöbəsi üzrə Baş mütəxəssis
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Texniki Servis Mütəxəssisi
AEM Elektron • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
AI/ML Engineer
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Dünən
Java Backend Təlimçisi
INNAB • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Dünən
Reseption
KaryeraKadr • Bakı
Tam Ştat
700 ₼Müraciət et
C
Dünən
Backend Developer
Chingizkhan Technologies • Sumqayıt
Tam Ştat
400 ₼Müraciət et