N

NewTech

Son tarix: 18 Avqust 2026

Kartric Ustası

İnsan ResurslarıBakıTam Ştat18 İyul 202625

600

Vakansiya haqqında

Kartric dolumu üzrə usta

Şirkət: “Yeni Texnologiyalar” MMC

İş yeri: Bakı şəhəri, 28 May

Əməkhaqqı: 600–800 AZN

İş qrafiki:

  1. Bazar ertəsi–cümə: 09:00–18:00
  2. Şənbə: 09:00–16:00
  3. Bazar günü: istirahət günü

 

İş barədə məlumat

“Yeni Texnologiyalar” MMC printer kartriclərinin dolumu, təmiri və texniki xidməti sahəsində çalışacaq təcrübəli Kartric dolumu üzrə usta axtarır.

İş şəraiti

  1. Əməkhaqqı namizədin bilik və iş təcrübəsindən asılı olaraq 600–800 AZN təşkil edir;
  2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
  3. Stabil və uzunmüddətli iş imkanı;
  4. İş üçün tələb olunan avadanlıq və materiallarla təminat;
  5. Peşəkar və mehriban kollektivdə işləmək imkanı.

 

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kartric Ustası” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya +994 50 408 77 87 nömrəsinə WhatsApp vasitəsilə göndərə bilərlər.

 

Tələblər:

  1. Kartric dolumu və təmiri sahəsində minimum 1 il iş təcrübəsi;
  2. Ağ-qara və rəngli kartriclərin dolumunu düzgün və keyfiyyətli şəkildə həyata keçirmək bacarığı;
  3. Lazer printer kartriclərinin quruluşu və işləmə prinsipi barədə bilik;
  4. Kartriclərdə yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
  5. Toner, baraban, çip və digər ehtiyat hissələri ilə işləmə təcrübəsi;
  6. Texniki alətlərdən düzgün istifadə bacarığı;
  7. Məsuliyyətli, diqqətli və səliqəli olmaq;
  8. Komandada işləmək bacarığı;
  9. Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Vəzifə öhdəlikləri:

  1. Ağ-qara və rəngli lazer printer kartriclərinin düzgün şəkildə sökülməsi, təmizlənməsi və toner ilə doldurulması;
  2. Rəngli kartriclərdə uyğun toner rənginin düzgün seçilməsi və rənglər qarışdırılmadan dolumun həyata keçirilməsi;
  3. Kartriclərin texniki vəziyyətinin yoxlanılması və nasazlıqların müəyyən edilməsi;
  4. Baraban, maqnit valı, dozalama bıçağı, rezin val, çip və digər hissələrin dəyişdirilməsi;
  5. Dolum və təmirdən sonra kartriclərin printerdə test edilməsi;
  6. Çap keyfiyyəti, rəng ötürülməsi, ləkə, xətt və fon problemlərinin müəyyən edilməsi və aradan qaldırılması;
  7. HP, Canon, Brother, Samsung, Xerox, Kyocera və digər markalara aid kartriclərlə işləmək;
  8. Kartric modelinə uyğun toner və ehtiyat hissələrinin düzgün seçilməsi;
  9. Görülmüş işlərin və istifadə edilmiş ehtiyat hissələrinin qeydiyyatının aparılması;
  10. İş yerində təmizlik və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi.

Oxşar vakansiyalar