A

Azərbaycan Universiteti

Son tarix: 18 Oktyabr 2026

Karyera İnkişafı və Məzunlarla İş Mərkəzinin direktoru

İnzibati İşlərBakıTam Ştat18 Sentyabr 202631

Müsahibə əsasında

Vakansiya haqqında

Əmək funksiyası

  • Universitetin Strateji İnkişaf Planına uyğun olaraq müvafiq hədəflərin icrasını təmin etmək;
  • Universitetin ümumi Fəaliyyət Planına əsasən Mərkəzin illik Fəaliyyət Planını hazırlamaq və rektorluğa təqdim etmək;
  • İllik Fəaliyyət Planının icrasına dair illik Hesabatı Universitetin Elmi Şurasına təqdim etmək;
  • Mərkəzin fəaliyyətini Universitetin digər struktur bölmələri və qeyri-formal təşkilatlaraa koordinasiyalı şəkildə icra etmək.

Məzunlarla İş

  • Universitetdə Məzun Platformasının yaradılmasını və idarə olunmasını təmin etmək;
  • Məzun şəbəkəsinin inkişafını, davamlı əlaqə sisteminin formalaşdırılmasını və əmək bazarı ilə institusional inteqrasiyanın gücləndirilməsini təmin etmək;
  • Məzunların əmək bazarında iştirakının izlənilməsi mexanizmlərinin yaradılmasını və tətbiqi təmin etmək;
  • Məzunların təhsil proqramı çərçivəsində əldə etdiyi səriştələr və təhsil proqramının keyfiyyət səviyyəsi üzrə məmnunluğun ölçülməsini və təhlilini təmin etmək;
  • Tələbə və məzunlar arasında keçirilən rəy sorğularının istiqamətlərinin müəyyən edilməsi, nəticələrinin təhlili və sorğu prosesinin effektivliyinin artırılması üzrə fəaliyyətləri təşkil etmək;
  • Tələbə və məzunların təklifləri əsasında tətbiq olunan yeniliklərin hazırlanması və həyata keçirilməsini təmin etmək;
  • Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirilməsinə nəzarət etmək;
  • Məzunların işlə təmin edilməsinə köməklik göstərmək; 
  • Məzun günlərinin təşkili və keçirilməsini təşkil etmək;

Karyera İnkşafına dəstək

  • Təlim və seminar fəaliyyətlərinin planlaşdırılmasını və keçirilməsinə ümumi nəzarəti həyata keçirmək; 
  • Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək;
  • Karyera inkişafına dəstək xidmətlərinin (CV hazırlanması, iş axtarışı üzrə məsləhət və s.) sistemli təşkili və keyfiyyətinə nəzarəti təmin etmək; 
  • Vakansiyaların monitorinqi və işəgötürənlərlə əməkdaşlıq sisteminin qurulmasını və davamlılığını təmin etmək;
  • Universitetdə karyera günlərini təşkil etmək;

Tələbələrin ixtisas üzrə təcrübə hazırlığına dəstək

  • Təcrübə imkanlarının tələbələrə açıq və şəffaf şəkildə elan edilməsini təmin etmək (portal, e-mail, info sessiyalar vasitəsilə) və icrasına nəzarət etmək;
  • Təcrübə imkanları üzrə işəgötürənlərlə əməkdaşlıq mexanizminin qurulmasını təmin etmək; 
  • Təcrübə proqramlarının təşkilində aidiyyəti struktur bölmələrlə (kafedra, Tədris Şöbəsi) koordinasiyanı təmin etmək;
  • Müəssisələrlə rəsmi əməkdaşlıq müqavilələrinin və protokolların hazırlanması və razılaşdırılmasını (Hüquq şöbəsi ilə) təmin etmək;
  • Hər müəssisə üzrə tələbə qəbulu kvotası, təcrübə müddəti, tələb olunan bacarıqlar və mentor/kurator təyinatının razılaşdırılmasını təmin etmək;
  • Təcrübə bazalarının elektron reyestrinin (database) yaradılmasını və mütəmadi yenilənməsinə nəzarət etmək;
  • Müəssisələr və təcrübədə iştirak edən tələbələr arasında məmnunluq sorğularının keçirilməsi və nəticələrinin təhlilinə nəzarət etmək;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Bilməlidir

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini; 
  • CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını; 

Tələblər

  • Təhsil pilləsi (minimum): Bakalavr
  • İxtisası: Fərq qoyulmur
  • İş təcrübəsi (minimum): 5 (beş) ildən az olmayaraq əmək stajı
  • Dil bilikləri: İngilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır)
  • Kompüter bilikləri: MS ofis proqramları

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar