Z
Zeytun Pharmaceuticals
Kateqoriya üzrə menecer
Müsahibə əsasında
Vakansiya haqqında
Tələblər:
- Ali təhsil — iqtisadiyyat, marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə;
- Kateqoriya menecmenti sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməsi, rus və ingilis dillərini bilməsi üstünlükdür;
- 1C və MS Office proqramların yüksək səviyyədə bilməsi;
- Data analizi və hesabat bacarıqları (Power BI, Excel ilə iş təcrübəsi);
- Kateqoriya menecmenti, çeşid siyasəti, qiymətlərin formalaşdırılması, marjanın idarə edilməsi və kampaniyaların təşkili prinsiplərini yaxşı bilməsi;
- Satış və maliyyə göstəricilərinin təhlili üzrə güclü analitik bacarıqlar;
- Liderlik və komanda idarəetmə bacarığı;
- Nəticəyönümlülük və yüksək məsuliyyət;
- Təşəbbüskarlıq, sistemlilik və yüksək təşkilatçılıq qabiliyyəti.
Vəzifə funksiyaları:
- Kateqoriya menecmenti şöbəsinin fəaliyyətinin təşkili və idarə edilməsi;
- Şöbə əməkdaşları arasında iş bölgüsünün aparılması, tapşırıqların müəyyən edilməsi və icrasına nəzarət;
- Ticarət kateqoriyalarının inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Kateqoriyalar üzrə satış, gəlirlilik, marja, dövriyyə və digər əsas göstəricilərin təhlili;
- Məhsul çeşidinin formalaşdırılması və optimallaşdırılması;
- Effektiv olmayan və aşağı dövriyyəli məhsulların müəyyən edilməsi və çeşiddən çıxarılması ilə bağlı təkliflərin hazırlanması;
- Yeni məhsulların çeşidə daxil edilməsi və onların satış potensialının qiymətləndirilməsi;
- Məhsullar üzrə qiymət siyasətinin hazırlanması və bazardakı rəqiblərin qiymətlərinin monitorinqi;
- Endirim və kampaniyaların hazırlanması, nəticələrinin təhlili və effektivliyinin qiymətləndirilməsi;
- Satış və mənfəət planlarının kateqoriyalar üzrə hazırlanması və icrasına nəzarət;
- Məhsul qalıqlarının və stokların effektivliyinin təhlili, artıq və aşağı dövriyyəli qalıqların azaldılması üzrə tədbirlərin hazırlanması;
- Əsas məhsullar üzrə çatışmazlıqların qarşısının alınması və məhsul mövcudluğunun təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Təchizatçılarla kommersiya şərtlərinin müzakirəsində iştirak etmək;
- Təchizatçılar üzrə alış qiymətləri, bonuslar, retrobonuslar və digər kommersiya şərtlərinin təhlili;
- Rəqiblərin fəaliyyətinin, bazar tendensiyalarının və istehlakçı tələbatının monitorinqi;
- Yeni və mövcud apteklər üzrə çeşid, qiymət və kateqoriya strategiyasının hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Kateqoriya menecerlərinin fəaliyyətinin qiymətləndirilməsi, inkişaf etdirilməsi və nəticələrinin KPI-lar əsasında izlənilməsi;
- Kateqoriya menecmenti, satış, marketinq, satınalma, logistika və maliyyə şöbələri arasında effektiv əməkdaşlığın təmin edilməsi.
İş şəraiti:
- İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- Tibbi sığorta və nahar;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;
- Əmək haqqı – Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Əlavə suallar üçün 050-253-01-59 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Kateqoriya üzrə menecer qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
E
Bugün
Əmlakçı
EMGROUP • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
N
Bugün
Rəqəmsal Platformalar üzrə Brend Meneceri
NK Media MMC • Bakı
Təcrübə
500 ₼Müraciət et
B
Bugün
Satış meneceri
Baklava Bakery Pastry • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
Bugün
Assistent
Proqressiv Psixologiya Mərkəzi • Bakı
Tam Ştat
—Müraciət et
W
Bugün
Satış təmsilçisi
Wraym • Bakı
Tam Ştat
700 ₼Müraciət et
W
Bugün
Sosial Media Marketinq (SMM) mütəxəssisi
Wraym • Bakı
Tam Ştat
550 ₼Müraciət et