«

«Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası» İctimai Birliyi

Son tarix: 6 Oktyabr 2026

Katib/Referent

İnzibati İşlərBakıTam Ştat27 Avqust 202662098

Vakansiya haqqında

Vəzifə - İCRAÇI KATİB 

MÜRACİƏT ÜÇÜN - https://forms.gle/FZsdeUnKgmqvkiec6 

Vəzifənin məqsədi:  Birliyin gündəlik inzibati fəaliyyətini təşkil etmək, üzvlərlə və xarici tərəfdaşlarla əlaqələri koordinasiya etmək, sədrin və İdarə Heyətinin qərarlarının icrasını təmin etmək.

Öhdəliklər: 

  • Üzv reyestrinin aparılması və aktual saxlanması; üzvlük ərizələrinin qəbulu və İdarə Heyətinə təqdim edilməsi; üzvlük haqlarının ödənilməsinə nəzarət, borclar barədə xatırlatmaların göndərilməsi; yeni üzvlərin cəlb edilməsi kampaniyalarının icrası.

  • Ümumi yığıncaqların və İdarə Heyəti iclaslarının çağırılması üzrə texniki, təşkilati hazırlıq: dəvətlərin göndərilməsi, gündəliyin və materialların paylanması, iclasların protokollaşdırılması, protokolların imzalanmasının və arxivləşdirilməsinin təmin edilməsi; qəbul edilmiş qərarların icrasının izlənməsi.

  • Daxil olan və göndərilən məktubların qeydiyyatı; dövlət orqanlarına, tərəfdaş təşkilatlara və üzvlərə ünvanlanan rəsmi məktubların layihələrinin hazırlanması və sədrin imzasına təqdim edilməsi; Birliyin sənəd arxivinin aparılması.

TƏLƏBLƏR:

  • Ali təhsil (hüquq, iqtisadiyyat, səhiyyə təşkili və ya inzibati sahə üstünlükdür);
  • Azı 2 il inzibati / ofis-menecment təcrübəsi;
  • Azərbaycan dilində səlis yazılı ünsiyyət (rus və ingilis dilləri üstünlükdür);
  • MS Office proqramları ilə sərbəst işləmə;
  • Əczaçılıq və ya səhiyyə sektoru ilə tanışlıq üstünlük sayılır.

MÜRACİƏT ÜÇÜN - https://forms.gle/FZsdeUnKgmqvkiec6 

Oxşar vakansiyalar