M

Meqa Həyat Sığorta

Son tarix: 7 Sentyabr 2026

Keyfiyyət təminatı üzrə Mütəxəssis

İnformasiya TexnologiyalarıBakıTam Ştat7 Avqust 202684

Müsahibə əsasında

Vakansiya haqqında

Meqa Həyat Sığorta” ASC Proqramlaşdırma şöbəsinə yeni komanda üzvlərini dəvət edir.

Əsas vəzifə öhdəlikləri:

  • Veb və mobil tətbiqlərin funksional testlərinin həyata keçirilməsi;
  • Biznes və texniki tələblərin təhlil edilməsi;
  • Test plan, test case, checklist və test ssenarilərinin hazırlanması;
  • Aşkarlanmış xətaların ətraflı şəkildə qeydiyyata alınması və izlənilməsi;
  • API və verilənlər bazası səviyyəsində yoxlamaların aparılması;
  • Regression, smoke, integration, end-to-end və user acceptance testlərinin icrası;
  • Logların təhlil edilməsi və texniki problemlərin araşdırılması;
  • Buraxılışlardan əvvəl məhsulun keyfiyyətinin qiymətləndirilməsi;
  • Developer, Business Analyst, Product Owner və digər komanda üzvləri ilə əməkdaşlıq;
  • Test və keyfiyyət təminatı proseslərinin təkmilləşdirilməsində aktiv iştirak;
  • Komanda daxilində bilik və təcrübənin paylaşılması.

Namizədlərə olan tələblər:

  • QA sahəsində minimum 2 il iş təcrübəsi;
  • Manual Testing üzrə güclü nəzəri və praktiki biliklər;
  • Test plan, test case, checklist və bug report hazırlanması təcrübəsi;
  • API Testing və Postman ilə işləmək bacarığı;
  • SQL sorğularının yazılması və məlumatların yoxlanılması təcrübəsi;
  • SDLC, STLC və Agile/Scrum prosesləri üzrə yaxşı biliklər;
  • Jira, Confluence və ya oxşar alətlərlə iş təcrübəsi;
  • Regression, integration, smoke və end-to-end testing təcrübəsi;
  • Logların təhlili və texniki problemlərin araşdırılması bacarığı;
  • Avtomatlaşdırılmış testlər üzrə bilik və ya təcrübə üstünlükdür;
  • Sığorta, bank və ya maliyyə sektorunda iş təcrübəsi üstünlükdür;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və detallara diqqət;
  • Komandada işləmək və fikirlərini aydın ifadə etmək bacarığı.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı – namizədin bilik, təcrübə və peşəkar səriştəsinə uyğun olaraq müəyyən edilir.
  • İş qrafiki – həftənin 5 iş günü, saat 09:00–18:00.
  • Könüllü tibbi sığorta. 
  • Korporativ Həyat Sığortası

Maraqlanan namizədlərdən CV-lərini e-poçtun mövzu hissəsində "Kiçik mütəxəssis – Keyfiyyət təminatı üzrə" qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq və növbəti seçim mərhələsinə dəvət olunacaqlar.

Oxşar vakansiyalar