A

ADY Express

Son tarix: 20 İyun 2026

Kiçik mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat20 May 2026982

Müsahibə əsasında

Vakansiya haqqında

Struktur: Kommersiya departamentinin Vaqon daşımaları satışı şöbəsi

Vəzifə öhdəlikləri:

  • Vaqon daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq;
  • Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək;
  • İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq;
  • Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək;
  • Sifarişlərin cəmiyyətin daxili proqram təminatında işlənməsi, müştərilərə daşıma kodlarının təqdim olunması;
  • Vaqon daşımaları ilə bağlı proseslərin təşkili üçün tədbirlər görmək;
  • Vaqon daşınmaları üzrə tərəfdaş şirkətlər, terminallar və stansiyalarla, digər infrastruktur sahibləri ilə işləri koordinasiya etmək;
  • Yük daşımanın başlanması üçün lazım olan naryadların, təlimatların və digər lazımi sənədlərin təmin edilməsini həyata keçirtmək;
  • Cari vaqon daşımaları üzrə dövri hesabatlar hazırlamaq;
  • Borclu müştərilərin pul vəsaitlərinin qaytarılmasına nəzarət etmək;
  • Vaqon daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydasına riayət etmək;
  • Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
  • Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar Cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək;
  • Şöbənin əsasnaməsi, bu vəzifə təlimatı və cəmiyyətin korporativ hüquqi aktları ilə müəyyən edilən, habelə rəhbərliyin tapşırığından irəli gələn digər vəzifələri icra etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil: müvafiq sahə üzrə
  • İş stajı: tələb olunmur
  • Dil biliyi: rus, ingilis 
  • MS Office 

Funksional bacarıqlar: Satış texnikaları sahəsində biliklər; Marketinq kommunikasiyaları üzrə biliklər; Bazar iqtisadiyyatının əsaslarına dair biliklər; 

Davranış bacarıqları: Əlaqələndirmə, məlumatların idarə edilməsi, vaxtın effektiv idarə edilməsi

İş qrafiki:

  • 5 günlük 
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Kiçik mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar