Z

Zeta Group

Son tarix: 30 Avqust 2026

Kommersiya Əməliyyatları üzrə Rəhbər (Head of Commercial Operations)

İnzibati İşlərBakıTam Ştat30 İyul 2026189

5000

Vakansiya haqqında

Əsas vəzifələr:

  • Şirkətin kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Satış, satınalma, kateqoriya idarəetməsi və əməliyyat komandalarının fəaliyyətinə rəhbərlik etmək;
  • Satış hədəflərinin müəyyən edilməsi, icrasına nəzarət və performansın qiymətləndirilməsi;
  • Bazar araşdırmaları aparmaq, rəqabət mühitini analiz etmək və inkişaf imkanlarını müəyyənləşdirmək;
  • Təchizatçılar və strateji tərəfdaşlarla kommersiya danışıqlarını aparmaq;
  • Büdcənin hazırlanması, satış proqnozlarının verilməsi və maliyyə göstəricilərinin təhlili;
  • KPI sisteminin qurulması və komandanın inkişafının təmin edilməsi;
  • Şirkətin kommersiya proseslərinin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslərə rəhbərlik etmək.

Namizədə tələblər:

  • Biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya oxşar sahə üzrə ali təhsil ;
  • Kommersiya, satış və ya əməliyyatların idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
  • Strateji planlaşdırma və biznes inkişafı üzrə güclü biliklər;
  • Büdcə, maliyyə analizi  sahəsində praktiki təcrübə;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili üstünlükdür);
  • Güclü analitik düşüncə, liderlik, qərarvermə və danışıqlar aparmaq bacarığı;

Təklif edirik:

  • Əmək haqqı: 5 000 – 6 000 AZN (net) + KPI əsaslı bonus
  • Strateji qərarların qəbulunda iştirak imkanı;

CV-nizi "Head of Commercial Operations" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına paylaşmağınız xahiş olunur.

Oxşar vakansiyalar