K
Kontakt Home
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları üçün press-relizlərin, çıxış nitqlərinin, məqalələrin, reklam mətnlərinin, bloq yazılarının və vebsayt məzmunlarının hazırlanması və redaktəsi;
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- PR və KSM layihələri üzrə kommunikasiya planlarının hazırlanması, materialların KİV-də və sosial mediada yayımlanmasına nəzarət edilməsi və nəticələrə dair hesabatların hazırlanması;
- PR və KSM layihələri ilə bağlı foto və video çəkilişlərinin təşkili və idarə edilməsi;
- PR və KSM layihələrinin büdcələrinin hazırlanmasında iştirak edilməsi, xərclərin və nəticələrin izlənməsi;
- KİV-də və sosial mediada şirkət haqqında yayımlanan materialların gündəlik monitorinqi və aidiyyəti rəhbər şəxslərin məlumatlandırılması;
- Brend nüfuzunun formalaşdırılması, qorunması və böhran kommunikasiyasının idarə edilməsində iştirak edilməsi;
- Mətbuat konfranslarının, brifinqlərin, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin və press-turların təşkili və işıqlandırılması;
- Əməkdaşlara yönəlmiş layihələr üzrə daxili kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
- Şirkətin strategiyasına, məqsədlərinə və dəyərlərinə uyğun korporativ kommunikasiya təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi;
- Şirkətin KSM prioritetlərinə uyğun sosial layihələrin təklif edilməsi, planlaşdırılması və icrasının koordinasiyası;
- KSM layihələri üçün qeyri-hökumət təşkilatları, icmalar və digər tərəfdaşlarla əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
- KSM layihələrinin məqsəd və nəticə göstəricilərinin müəyyən edilməsi, icra nəticələrinin ölçülməsi və hesabatlaşdırılması;
- Şirkətin məhsul və xidmətlərinin tanıdılması üçün kommunikasiya ideyalarının təklif edilməsi;
- BTL promo aksiyaların, reklam aksiyalarının, açılış mərasimlərinin, təqdimatların və sosial yönümlü tədbirlərin təşkili, keçirilməsinə nəzarət və nəticələrinin qiymətləndirilməsi;
- Podratçı şirkətlərlə əlaqələrin qurulması və işlərinin koordinasiyası;
- Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Kommunikasiya və təqdimat bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
D
Bugün
SMM üzrə intern təcrübə proqramı
Div Academy • Bakı
Təcrübə
300 ₼Müraciət et
İ
Bugün
Satış təmsilçisi / Aparıcı satış təmsilçisi
İMotors • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Bugün
Corporate Sales Executive / Corporate Sales Manager
Radisson • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Satış Meneceri (Gübrə və Biostimulyatorlar)
Sar One Group MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
F
Bugün
Satış Meneceri
Fresh Drop MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
P
Bugün
Satış məsləhətçisi
Prime Accessories Mağazalar Şəbəkəsi • Bakı
Tam Ştat
600 ₼Müraciət et