İ
İMotors
Satış təmsilçisi / Aparıcı satış təmsilçisi
Müsahibə əsasında
Vakansiya haqqında
Namizədə olan tələblər:
- Ali təhsil;
- Avtomobil satışı sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Avtomobil bazarı, modellər, texniki göstəricilər və əsas avtomobil sistemləri haqqında məlumat;
- Satış prosesinin bütün mərhələləri üzrə bilik;
- CRM sistemləri ilə işləmək bacarığı;
- Sürücülük vəsiqəsi;
- Azərbaycan dili biliyi səlis, rus və ya ingilis dili biliyi əla səviyyədə;
- MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin avtomobil modellərinin satışını həyata keçirmək və aylıq satış planını yerinə yetirmək;
- Showroom-a daxil olan və onlayn kanallardan gələn müştərilərlə operativ əlaqə saxlamaq;
- Müştərinin ehtiyaclarını, büdcəsini və seçim kriteriyalarını müəyyən etmək;
- Müştəriyə uyğun avtomobil modeli, komplektasiya və maliyyələşdirmə variantlarını təqdim etmək;
- Avtomobilin texniki və funksional üstünlüklərini peşəkar şəkildə təqdim etmək;
- Test-drive prosesini təşkil etmək və avtomobilin əsas üstünlüklərini praktiki şəkildə nümayiş etdirmək;
- Potensial müştərilərlə mütəmadi follow-up həyata keçirmək;
- Köhnə və mövcud müştərilərlə əlaqələri qorumaq və əlavə satış imkanlarını müəyyən etmək;
- Yeni müştərilərin cəlb edilməsi üçün aktiv satış fəaliyyətləri həyata keçirmək;
- Korporativ və fərdi müştərilərlə satış görüşləri keçirmək;
- Müştərilərə kredit, lizinq, sığorta, servis və digər əlavə xidmətlər haqqında məlumat vermək;
- Avtomobilin təhvil verilməsi prosesində iştirak etmək və müştəriyə avtomobilin əsas funksiyalarını izah etmək;
- Müştəri məmnuniyyətini izləmək və yaranan problemlərin həllində iştirak etmək;
- Bazar, rəqib modellər və qiymət dəyişiklikləri haqqında məlumat toplamaq;
- Rəhbərliyə satış nəticələri və bazar tendensiyaları barədə məlumat vermək.
İş şərtlərimiz:
- İş yeri: Üzeyir Hacıbəyli küç 157C
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış təmsilçisi/Aparıcı satış təmsilçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2601&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
Oxşar vakansiyalar
D
Bugün
SMM üzrə intern təcrübə proqramı
Div Academy • Bakı
Təcrübə
300 ₼Müraciət et
D
Bugün
SMM üzrə intern təcrübə proqramı
Div Academy • Bakı
Təcrübə
300 ₼Müraciət et
R
Bugün
Corporate Sales Executive / Corporate Sales Manager
Radisson • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Satış Meneceri (Gübrə və Biostimulyatorlar)
Sar One Group MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
F
Bugün
Satış Meneceri
Fresh Drop MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
K
Bugün
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et