A

Az-Tex-İmport MMC

Son tarix: 18 Oktyabr 2026

Korporativ Satış Meneceri

Marketinq və SatışBakıTam Ştat18 Sentyabr 202633

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı)
  • İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısaldılmış iş günü)
  • Əmək haqqı: Qarşılıqlı razılıq əsasında

Əsas vəzifələr:

  • Potensial korporativ müştərilərin (avtomobil parkı olan şirkətlərin) axtarışı, cəlb edilməsi və B2B görüşlərin keçirilməsi;
  • Dövlət və özəl sektorun tender/satınalma proseslərinin izlənilməsi və onlarda iştirak;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kommersiya təkliflərinin hazırlanması;
  • Satış və servis bölmələri arasında koordinasiyanın təmin edilməsi
  • Danışıqların aparılması və müqavilələrin bağlanması;
  • Mövcud korporativ müştərilərlə münasibətlərin idarə edilməsi;

Namizədə əsas tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı (Rus və ya ingilis dili bilmək üstünlükdür)
  • Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi
  • Kommersiya təklifləri  hazırlamaq və təqdim etmək bacarığı
  • Avtomobil və avtoservis sahəsi üzrə təcrübə üstünlükdür
  • Tender və satınalma təcrübəsi üstünlükdür
  • Microsoft Office, xüsusilə Excel proqramından istifadə bacarığı
  • B kateqoriyalı sürücülük vəsiqəsi  (aktiv sürücülük bacarığı)

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Korporativ satış meneceri" qeyd edərək ­­Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar