A
AzRT – Azad Zəmanətli Rəqabətli Ticarət
Korporativ satış üzrə mütəxəssis (İT üzrə korporativ satış)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştərilərə İT məhsul və xidmətlərinin satışını həyata keçirmək.
- Satış prosesinin bütün mərhələlərini – ehtiyacların müəyyənləşdirilməsi, təklifin hazırlanması, təqdimat, danışıqlar və müqavilə bağlanması – effektiv şəkildə idarə etmək.
- Müştərilərlə davamlı biznes əlaqələri qurmaq, əlaqələri gücləndirmək və uzunmüddətli əməkdaşlığı təmin etmək.
- Şirkətin strateji hədəflərinə uyğun olaraq yeni müştərilərin cəlb edilməsi və onların uzunmüddətli müştəri bazasına çevrilməsi istiqamətində fəaliyyət göstərmək.
- İT avadanlıqları üzrə texniki və kommersiya təkliflərini hazırlamaq.
- Gəlir planlarının, satış hədəflərinin yerinə yetirilməsini təmin etmək.
- Satış məlumatlarını təhlil etmək, bazar və rəqib analizlərini aparmaq, satış strategiyalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
- Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil.
- İT satış sahəsində azı 2 illik iş təcrübəsi.
- Microsoft Office proqramları (Word, Excel, Outlook və s.) ilə işləmə bacarığı.
- Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır).
- Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.
- Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.
- Dövlət qurumları və şirkətlər ilə korporativ satış istiqamətində əməkdaşlıq prinsipləri və tərəfdaşlıq əlaqələrinin qurulması qaydaları.
- Korporativ yazışma standartları, biznes ünsiyyət etikası və peşəkar etiket qaydaları.
- Konfidensial və kommersiya xarakterli məlumatların qorunması və məxfilik siyasəti prinsipləri.
- Dövlət orqanları və üçüncü tərəf təşkilatlarında şirkətin təmsilçilik prinsipləri və qarşılıqlı fəaliyyət qaydaları.
İş şəraiti:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)
- Vakansiya növü: Tam ştat
- İş yeri: AzRT MMC - AzTEX Plaza, Əhməd Rəcəbli 31/5, Bakı
- Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq əməkhaqqı + KPI bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ satış üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiyalar
T
Bugün
Satış təmsilçisi
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi • Bakı
Tam Ştat
400 ₼Müraciət et
K
Bugün
Mağaza anbar əməkdaşı
Karaca • Bakı
Tam Ştat
800 ₼Müraciət et
K
Bugün
Satış məsləhətçisi
Karaca • Bakı
Tam Ştat
600 ₼Müraciət et
B
Bugün
Satış və müştəri xidməti üzrə mütəxəssis
Baku Hotel Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Satış Məsləhətçisi
Karaca • Bakı
Tam Ştat
600 ₼Müraciət et
Bugün
Satıcı
Brend House • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et