EuroStar
Korporativ Satış və Dövlət Satınalmaları üzrə Mütəxəssis
800 ₼
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri;
İş qrafiki: Tam iş günü, 5 günlük iş həftəsi;
Əmək haqqı: 800–1200 AZN + nəticəyə əsaslanan bonus;
Əmək müqaviləsi rəsmiləşdirilir;
Sınaq müddəti: 1 ay;
Peşəkar inkişaf və karyera imkanları;
Korporativ satış və dövlət satınalmaları sahəsində paralel inkişaf imkanı;
İş fəaliyyəti üzrə KPI və nəticə əsaslı qiymətləndirmə sistemi.
Tələblər:
Ali təhsil;
Korporativ satış sahəsində ən azı 2 il iş təcrübəsi;
B2B satış və müştəri münasibətlərinin idarə olunması üzrə praktiki bacarıqlar;
Satış danışıqları aparmaq və nəticəyə yönəlmək bacarığı;
Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;
Dövlət satınalmaları və tender prosesi haqqında məlumatlı olmaq üstünlükdür;
Tender sənədlərini və texniki şərtləri oxumağa və təhlil etməyə maraq;
MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus dili biliyi üstünlükdür;
İngilis dili biliyi üstünlükdür;
Analitik düşüncə, araşdırma aparmaq və məlumatları müqayisə etmək bacarığı;
Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq;
Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı;
Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin araşdırılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış həcminin artırılması;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və həllərin təklif edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Satış danışıqlarının aparılması və satış prosesinin sifarişin tamamlanmasına qədər idarə edilməsi;
- Dövlət satınalmaları üzrə elanların mütəmadi monitorinqi və şirkət üçün uyğun satınalmaların müəyyənləşdirilməsi;
- Tender sənədlərinin və texniki şərtlərin ilkin təhlilində iştirak;
- Tender imkanlarının satış potensialı baxımından qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi;
- Tender və satış fəaliyyəti üzrə məlumatların, müştəri bazasının və nəticələrin sistemli şəkildə aparılması;
- Gündəlik və həftəlik fəaliyyət və satış hesabatlarının hazırlanması;
- Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi
Oxşar vakansiyalar
SMM
Şah Kargo • Bakı
Satıcı
MERTMAKİNA • Bakı
Satıcı
ELM GALAXY • Bakı
Pərakəndə Lizinq Nümayəndəsi (Satış nümayəndəsi) - Xaçmaz filialı
Prior Leasing • Bakı
Marketinq menecer
Olivia Beauty & Care • Bakı
Merçendayzer
Olivia Beauty & Care • Bakı